09:56 çərşənbə Axşamı, 19 Mart 2019
DÜNYA

Saxta şeyxdən iyrənc tələb: “Bir-birinizlə əlaqəyə girin”

23:17, 08.12.20189424
Saxta şeyxdən iyrənc tələb: “Bir-birinizlə əlaqəyə girin”
Türkiyənin Konya şəhərində özünü şeyx kimi təqdim edən şəxs 68 il həbs cəzasına məhkum edilib.

O, 2008-2017-ci illər ərzində 17-22 yaşlı 5 kişini cinsi istismar edib. 65 yaşlı S.İ özünü insanlara müqəddəs bir şəxs kimi tanıdıb, onun söhbətlərindən ayrılmaq istəyənlərin isə başına müsibətlər gələcəyini deyərək hədələyib. İnsanları aldatmaq üçün müxtəlif yalançı hekayələr uydurub.

"Mənə itaət edənlər mənəvi olaraq rütbə alıb irəliləyəcəklər”-, deyərək qurbanlarının dodağından öpüb, onları cinsi istismara məruz qoyub. S.İ kişilərə qarşı islam dinində qəbul edilməyən, əxlaqdan kənar davranışlar nümayiş etdirib. Bütün bunları islam dininin tələbləri kimi təqdim edib.

Müxtəlif üsullarla, sözlərlə kişiləri aldadıb, həm özü onlarla cinsi münasibətdə olub, həm də onların bir-biriləri ilə əlaqəyə girmələrini tələb edib.

Məhkəmənin qərarı ilə S.İ 68 il həbs cəzasına məhkum edilib.
///Publika.az 
XƏBƏR LENTİ