14:54 Cümə, 23 Avqust 2019
SOSİAL

"Sayı 3-ü keçsə, müsadirə olunub, anbara vurulacaq" - Gömrük Komitəsi

12:04, 05.02.201921915
Azərbaycandan xaricə səfər edən ölkə vətəndaşları ölkəyə qayıdarkən alıb gətirdikləri əşyaların ölkəyə gətirilməsi ilə bağlı yeni məhdudiyyətlər və qadağalarla üzləşiblər. 

AZXEBER.COM FED.az-a istinadən xəbər verir ki, müraciət edən şəxslər bildirib ki, şəxsi istifadə olunan bir neçə kiçik əşyaların gətirilməsi zamanı gömükdə onların keçirilməsinə icazə verilməyib və bildirilib ki, şəxsi istifadə üçün gətirilən malların sayı və məbləği, eyni zamanda həm qiymət, həm də say limiti ilə məhdudlaşıb.

Dövlət Gömrük Komitəsindən belə bu məhdudiyyətlərin olduğunu təsdiqləyiblər. Komtədən bildiriblər ki, dəyərindən asılı olmayaraq (hətta qanunvericilikdəki məbləğ limiti daxilində olsa da,) istənilən əşyadan ölkəyə şəxsi istifadə üçün yalnız 2 ədəd gətirmək olar. 3-cü əşya olduqda bu artıq həmin əşyanın kommersiya məqsədilə gətirilməsi hesab olunur və malı gətirən vətəndaş ona görə gömrük rüsum və vergiləri ödəməlidir. Bu Nazirlər Kabinetinin 2013-cü il tarixli 305 saylı qərarı ilə təsdiqlənmiş qaydalarda nəzərdə tutulub.

«Həmin qaydalara görə, xaricdən gələnlər özləri ilə şəxsi istifadə üçün eyni əşyadan maksimum 2 ədəd gətirə bilərlər»-deyə Komitədən bildirilib. Maraqlıdır ki, bu qayda istənilən təyinatlı və istənilən qiymətə olan əşyalara aiddir. Məsələn, hətta qiyməti bir neçə dollar olan suvenirlər və ya kitabların eynisindən cəmi 2 ədəd gətirilməlidir.

«Bir əşyadan 3-ü gətirilsə necə?» sualının cavabında Komitədən bildirilib ki, həmin əşyadan 3-cüsü olsa, malların hamısı (qaydalarla icazə verilən 2 ədəd də) qanunsuz mal kimi vətəndaşdan alınıb anbara vurulur. Və həmin şəxs öz vəsaiti ilə həmin malları geriyə göndərməlidir.

Komitədə bildirilir ki, əşyaların sayı 3-dən artıq olduqda fiziki şəxs bunları kommersiya məqsədilə gətirdiyini elan edib onu rəsmiəşdirməlidir. Və həmin mallardan vergi rüsumlar tutulacaq. Komitədən bildirilib ki, əşyaların sayı 3 və ya ondan artıq olduqda onların kommersiya məqsədli sayılıb sayılmamasına gömrük işçiləri qərar verəcəklər. Bu zaman şəxsin sərhədi nə qədər tez-tez keçməsi, bundan əvvəlki hallarda xaricdən gələrkən hansı malları gətirməsi və sair məsələlər nəzərə alınacaq: "Ola bilər ki, gömrük işçiləri bu amilləri nəzərə alaraq həmin 3 əşyanı şəxsi istifadə üçün gətirilən kimi qəbul etsinlər və onun keçirilməsinə icazə versinlər, amma ola bilər ki, buna icazə verilməsin. Sadəcə qərarda 1-2 ədəd ifadəsi yer aldığı üçün vətəndaşlar buna bilməlidirlər”.

Xaricdən gələn şəxs limiti keçdiyi halda gətirdiyi əşyaları hətta vergisini ödəyib gətirmək istəsə də bunu etmək çox çətindir. Problem ondadır ki, həmin əşyaların rəsmiləşdirilməsi ilə bağlı çox qəribə, hətta anlaşılmaz qaydalar mövcuddur. Belə ki, qaydalara görə, xaricdən mallar kommersiya məqsədilə gətiriləndə (hətta 2-3 ədəd olsa da) onun rəsmiləşdirilməsi üçün yük daşınma kağızı (karqo sənədi) tələb olunur. Belə ki, Nazirlər Kabinetinin 2014-cı il tarixli 263 saylı qərarına görə, malın bəyan edilməsi zamanı, onun daşınma xərcləri də göstərilməlidir.Daşınma xərcinin göstərilməsi üçün isə karqo sənədi tələb olunur. Bu yük şirkətinə verilən sifarişin surəti və sair ola bilər. Bu sənəd olmasa, həmin malları rəsmiləşdirmək mümkün deyil, nəticədə həmin malların nəinki icazə verilən 2 ədəddən artıq olan hissəsi, ümumiyyətlə hamısı müsadirə edilərək anbara vurulacaq, sonradan geri qaytarılacaq. 

Xaricə səyahət gedən və ölkəyə qayıdanda özü üçün bir neçə əşya alan şəxslər isə aldıqlarını özləri ilə gətirdiyinə görə (yəni 2-3 suveniri və əşyanı karqo ilə gətirmək mənasızdır), bu malları ümumiyyətlə rəsmiləşdirə bilməyəcək, çünki onların təbii olaraq karqo sənədi mövcud deyil. Yalnız ölkəyə təyyarə ilə gələn şəxslər özlərilə gətirdikləri əşyaları təyyarədə ayrıca yük kimi gətirsələr və yük talonunu göstərsələr həmin əşyalar kommersiya məqsədi ilə gətirilən kimi rəsmiləşdiriləcək. Qalan hallarda onların ölkəyə buraxılmasında problem ola bilər.

Komitədən bildirilir ki, eyni problem xaricdən aldıqları əşyaları şəxsi avtomobilində və ya avtobusla gətirənlərə də aiddir. Belələri hətta həmin əşyaları maşında daşımağa imkan olsa da, onların daşınma sənədi olmadığına görə, belə malları rəsmiləşdirmək də mümkün deyil: «Sizin avtomobiliniz minik maşınıdırsa, o beynəlxalq daşımalarda iştirak edə bilməz, ona görə də ona əlavə sənəd tələb olunur».

XƏBƏR LENTİ