17:11 Bazar Ertəsi, 17 Dekabr 2018
Maqazin

"Şəbnəm hər şeyi özü edib, yalandan ərinin adına çıxarır" - Leyla

15:56, 18.09.20186102

Aktrisa Leyla Hümbətovanın ad günü olub.

AZXEBER.COM-un məlumatına görə, o, "Lider maqazin”in kamerası qarşısına keçərək təəssüratlarını bölüşüb. Leyla özəl gününü şəhər restoranlarından birində, yaxınları ilə birlikdə keçirdiyini deyib:

"Gecə saat 12-də sinif yoldaşımdan ilk hədiyəmi aldım. Mənim iki qızım var: biri doğma övladım, digəri mərhum aktrisa Xanım Qafarovanın qızıdır. Onlar mənim üçün ən böyük hədiyədirlər”.

Leyla daha sonra müğənni Şəbnəm Tovuzluya söz atıb. O, Şəbnəmin "Həyat yoldaşım məni helikopterlə izləyəcək” sözlərini ələ salıb:

"Öz hesabıma etdim ad günümü, imkanım olanda daha dəbdəbəli restoranda qeyd edərəm. Başqaları kimi cibimdən pul xərcləyib, yalandan demirəm ki, ərim edir, helikopterlə məni izləyir. Elə Şəbnəm Tovuzlu hər şeyi öz pulu ilə edib, yalandan deyir ərim edir. Özümü yekə-yekə danışaraq reklam etmirəm”.

XƏBƏR LENTİ