09:24 Bazar Günü, 27 May 2018
SOSİAL

Şəbnəm Tovuzlu qəzaya düşdü: vəziyyəti orta ağırdır

11:16, 17.07.201717916
Şəbnəm Tovuzlu qəzaya düşdü: vəziyyəti orta ağırdır
Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb. 

Qəflətən qarşılarına çıxan "VAZ 2107" avtomobili ilə toqquşan "Mercedes Viano" maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub. 

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.
Müğənninin şok yaşadığı deyilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi./Big.az
XƏBƏR LENTİ