Şəhidin adına olan bulağı kimlər sökdürüb, park niyə viran qalıb?

20 Aprel 2017, 17:35
AAA

Sosial şəbəklərdə Xətai rayounu, Qaçaq Nəbi küçəsi 9 ünvanda,  məhəllədaxili ərazidə  yerləşən parkın sökülməsi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarda o da qeyd olunur ki, park ərazisində şəhid Məmmədov Şahin Səməd oğlunun xatirə lövhəsi olan bulaq da sökülüb.

 Moderator.az əməkdaşı yayılan məlumatlara aydınlıq gətirmək məqsədilə həmin ərazidə olub.

 Parkın giriş hissəsi doğrudan da sökülüb və böyük özül qazılıb. Şəhidin xatirə lövhəsi olan bulaq da sökülüb.

 Parkın yaxınlığında yaşayan sakinlər ehtimal edirlər ki, ərazi yeni yaşayış binasının-göydələnin tikilməsi məqsədilə sökülüb, özülün qazılması ilə artıq işə start verilib. Sakinlər onu da bildirirlər ki, bir müddət öncə parkın yuxarı hissəsi də sökülüb, yerində isə göydələn ucaldılıb. O vaxt parkın sökülməsi, göydələnin tikilməsi ilə bağlı müəyyən etirazlar olsa da, bu etirazlar heç bir nəticə verməyib.

 Maraqlıdır ki,  Xətai rayon İcra Hakimiyyətinin rəsmi saytında göydələnin ucaldılması, göydələnin həyətində uşaq əyləncə elementlərinin quraşdırılması qurumun gördüyü quruculuq işləri kimi təqdim edilir. Qeyd edilir ki, bulağın qarşı hissəsində sakinlərin istirahətini təmin etmək məqsədilə müasir tipli köşklər və oturacaqlar qoyulmuş və uşaq əyləncə elementləri quraşdırılmışdır.

 Xətai rayon İcra Hakimiyyətinin rəsmi saytında o da qeyd olunur ki, parkda şəhid bulağının tikintisi və lövhənin yerləşdirilməsi 20.08.2014-c ü ildə şəhidin anası mərhum Məmmədova Gülzarın xeyir-duası ilə həyata keçirilib.

Daha sonra bildirilir ki, şəhidin lövhəsi olan bulağın ətrafı təmizlənərək abadlaşdırılması zamanı əraziyə gələn şəhid Şahin Məmmədovun qardaşı Məmmədov İsaq Səməd oğlu Qarabağ müharibəsi şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, şəhidlərin ailə üzvlərinə,  müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib.

Parkda hazırda aparılan işlərlə bağlı Xətai rayon İcra Hakimiyyətinin də mövqeyini də öyrənməyə çalışdıq.

İcra Hakimiyyətindən bildirdilər ki, həmin ərazidə qanunvericiliyin bütün tələblərinə əməl olunmaqla tikinti gedir. İcra hakimiyyətindən onu da bildiriblər ki, onlarda şəhid ailələrinə göstərdikləri diqqətə görə şəhid anası Şahin Məmmədovun minnətdarlıq ərizəsi var. Qeyd edilib ki, şəhidin qardaşı da həmin ərazidə yaşayır və görülən işlərə görə, icra hakimiyyətinə həmişə minnətdarlıq edir. İcra hakimiyyətindən tikintinin hansısa məqsədlə aparılması barədə heç bir məlumat verilməyib.



Oxunma sayı : 312

Loading...
SON XƏBƏRLƏR
SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib - 25 İyul 2017, 18:01
Hacıqabulda qanlı insident: qonşusunu güllələndi - 25 İyul 2017, 17:56
“Hər şeyə səbəb olan Əli Abbasov çöldə, biz isə içərdəyik” – "Rabitə işi"ndə son sözlər - 25 İyul 2017, 17:52
“Sonradan bildim ki, məni sevə-sevə anamla da münasibət saxlayırdı” - 25 İyul 2017, 17:33
Səbail sakinlərindən icra hakimiyyətinə cavab: "Ağacı gecə ilə kəsib, yerini isə betonlayıblar" - 25 İyul 2017, 17:24
Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin NƏZƏRİNƏ - 25 İyul 2017, 17:07
“Lotu Quli”nin yeznəsi azadlığa buraxıldı – Vaxtından əvvəl - 25 İyul 2017, 17:02
Mehriban Əliyevanın nəvəsi ilə -FOTOSU - 25 İyul 2017, 16:38
Aysel məşhur müğənninin klipinə çəkilir - FOTO - 25 İyul 2017, 16:19
Qənirə Paşayevaya Aksaray və Kapadokyanın(Uçhisar) Fəxri Vətəndaşlığı verilib - 25 İyul 2017, 16:16
Təhsil müəssisəsindən rekord nəticə! 20 nəfər 600-dən çox bal topladı! - 25 İyul 2017, 16:14
ABŞ-da yaşayan azərbaycanlılar üçün radio fəaliyyətə başlayır - 25 İyul 2017, 16:08
Övladları boşanan qudalar dalaşdı: oğlanın atası qızın anasını döydü - 25 İyul 2017, 16:07
Azərbaycanda icra hakiminin müavini işdən çıxarıldı - FOTO - 25 İyul 2017, 15:51
Ermənistan döyüş PUA-dan istifadə etdi: azərbaycanlı hərbçi yaralandı - 25 İyul 2017, 15:31
Səbail rayon icra hakimiyyətindən ağac kəsilməsi xəbərinə - REAKSİYA - 25 İyul 2017, 15:29
Oğlumun adı Xiyar, qızımın adını Xiyarə olsun! – BİABIRÇILIQ - 25 İyul 2017, 15:14
Növbəti doğuş terroru: Gənc ana komaya düşdü - 25 İyul 2017, 14:40
Sevgilisinin anası ilə dəfələrlə sevişdi, sonda öldürdü - Azərbaycanda dəhşətli hadisə - 25 İyul 2017, 14:25
13 yaşlı oğlan 13 yaşlı hamilə qızla evləndirildi - 25 İyul 2017, 14:22
İki gün əvvəl dənizdə batan oğlanın meyiti tapıldı - 25 İyul 2017, 14:18
Ali məktəblərə II və III qruplar üzrə qəbul planı məlum oldu - 25 İyul 2017, 14:06
Azərbaycanda bu çimərliyə kişilər buraxılmır - VİDEO - 25 İyul 2017, 13:42
Adam vurub öldürən olimpiya çempionumuza cinayət işi açıldı - 25 İyul 2017, 13:40
Azərbaycanda 19 məktəbli qız abort etdirib - 25 İyul 2017, 13:37
Azərbaycanda 25 yaşlı oğul 46 yaşlı anasını döydü - 25 İyul 2017, 13:24
Baş Prokurorluq: Xətai rayonunda qanunsuz ağac kəsən şəxslər həbs ediliblər - 25 İyul 2017, 13:12
Prezident məşhur cütlüyün nikah şahidliyini etdi - FOTO - 25 İyul 2017, 12:54
Günay İbrahimlinin yeni mahnısı da plaqiat çıxdı - VİDEO - 25 İyul 2017, 12:44
"Ərim öldü, qaynıma ərə getdim, burada nə var?!" - FOTOLAR - 25 İyul 2017, 12:31
Jurnalisti qladiator və “satqın” sayanların cığallığı - 25 İyul 2017, 12:27
Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında bütün sirləri açdı - 25 İyul 2017, 12:25
Prezident Milli Qəhrəman Salatın Əsgərovanın oğluna da ev hədiyyə edib - 25 İyul 2017, 12:16
Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü - 25 İyul 2017, 11:49
Prezidentin nəvələri istirahətdə - FOTOLAR - 25 İyul 2017, 11:35
Aşıq Samirənin bahalı maşını - FOTO - 25 İyul 2017, 11:28
Azərbaycan bayrağı söküldü, Mübariz Mənsimov əsəbiləşdi: "Ciyərini sökərəm!" - 25 İyul 2017, 11:17
Bakıda avtobus qəzası - Xəsarət alan var - VİDEO - 25 İyul 2017, 11:09
Avqustun 1-dən sürücülər üçün 50 manatlıq cərimələr olacaq - 25 İyul 2017, 11:06
Binadan yıxılan 1 yaşlı uşaq öldü - Bakıda faciə - 25 İyul 2017, 11:01
DTX beynəlxalq kibercinayətkarları ifşa etdi - 25 İyul 2017, 10:57
Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTO - 25 İyul 2017, 10:41
Gəlini döyüb, saçını qırxdılar - Samuxda dəhşət - 25 İyul 2017, 10:20
Bakıda kafedə kütləvi dava: Yaralanan var - 25 İyul 2017, 10:12
DİN vətəndaşlara müraciət etdi - 24 İyul 2017, 18:16
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10