01:35 şənbə, 29 Fevral 2020
SOSİAL

Şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut oldu

12:17, 20.01.20203975
Şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut oldu
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

AZXEBER.COM xəbər verir ki, Qanlı Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər və rayon, kənd və qəsəbələrində, idarə və təşkilatlarında 20 Yanvar hadisələri ilə bağlı anma mərasimləri keçirilir.

Yüz minlərlə insan yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə qərənfillər düzürlər.
 

XƏBƏR LENTİ