03:14 Bazar Günü, 18 Avqust 2019
SAĞLAMLIQ

Səhiyyə Nazirliyi doğuş zamanı ölən ana və körpə barədə məlumat açıqlayıb

13:54, 28.06.20132594
Səhiyyə Nazirliyi doğuş zamanı ölən ana və körpə barədə məlumat açıqlayıb

Səhiyyə Nazirliyi Azərbaycanın İsmayıllı rayonunda doğuş zamanı baş vermiş ana və uşaq ölümü ilə bağlı məlumat açıqlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 27-də 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Axşam saat 18:50-də doğuş aparılıb. Bu zaman onun bətnindəki körpənin ölü döl olduğu müəyyənləşib və bətnindən ölü döl təbii yolla xaric edilib. Doğuşdan 10 dəqiqə sonra qadının özünün vəziyyəti ağırlaşıb. Bütün tibbi müdaxilələr və səylərə baxmayaraq, Ağabalayeva Şəhlanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, ana tromboemboliya diaqnozu ilə həyatını itirib: “Amma nazirliyin Doğuşa yardım Komissiyasında məsələ araşdırılmayana kimi ölümün dəqiq səbəblərini demək çətindir. Ananın meyitinin təşrih olunmaması isə məsələnin səbəblərini araşdırmaq üçün müəyyən problemlər yaradır. Amma buna baxmayaraq tibbi sənədlər əsasında komissiyada məsələ araşdırılacaq”.

Bildirilibki, araşdırmanınaparılması üçünananınmeyitinintəşrihedilməsinə qadınınyaxınları kəskinetirazediblər: “Bunabaxmayaraq, bütünsənədlərDoğuşayardımKomissiyasınahazırlanıb, həkimlərinrəyivə tibbisənədlərəsasında ölümünsəbəbləriaraşdırılacaq”.

Qeyd edək ki, hadisə ötən gecə İsmayıllı Mərkəzi rayon Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb. Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Oğlan uşağı ölü doğulub, sonra isə ana dünyasını dəyişib.

Ş. Ağabalayevanınikiqız övladınınolduğu, Lahıcqəsəbə tamortaməktəbindəAzərbaycandilivə ədəbiyyatmüəlliməsiişlədiyibildirilir.

Faktla bağlı İsmayılı rayon Prokurorluğunda araşdırma aparılır.

 

XƏBƏR LENTİ