09:03 çərşənbə Axşamı, 19 Iyun 2018
SAĞLAMLIQ

Səhiyyə Nazirliyindən "Grand Hospital"dakı ölümlə bağlı açıqlama

11:22, 19.12.2017534
Səhiyyə Nazirliyindən
Səhiyyə Nazirliyi (SN) "Grand Hospital"da Nurağa Qasımovun əməliyyat olunarkən dünyasını dəyişməsi məsələsinə münasibət bildirib.

Nazirlikdən bildirilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün zərərçəkənin ya qohumları, ya da hüquq-mühafizə orqanları SN-nə müraciət etməlidirlər.

Lakin indiyədək nə qohumlar, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olub. Bu səbəbdən də SN özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır: "Xəstənin hansı səbəbdən ölməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin araşdırmasından sonra məlum olacaq".

Qeyd edək ki, hadisə ilə əlaqədar faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, "Grand Hospital"da 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib. N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib. 
 
///oxu.az
XƏBƏR LENTİ