07:09 çərşənbə, 24 Oktyabr 2018
SAĞLAMLIQ

Səhiyyə Nazirliyindən qızılca ilə bağlı maraqlı AÇIQLAMA

23:19, 24.04.20187735
Səhiyyə Nazirliyindən qızılca ilə bağlı maraqlı AÇIQLAMA
Hazırda Azərbaycanda uşaqlar arsında suçiçəyi xəstəliyinə yoluxmada artım müşahidə edilmir.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, suçiçəyi xəstəliyinə yoluxma tək-tək hallarda qeydə alınır:

"Bizə daxil olan məlumatlar da onu göstərir ki, hazırda ölkədə suçiçəyinın yayılması problemi yoxdur. Bununla bağlı vəziyyət tam sabitdir. Xəstəlik adi, mövsümü qaydada qeydə alınır və artım müşahidə edilmir".

A.Əliyeva qeyd edib ki, ölkədə qızılca xəstəliyinə yoluxma isə ümumiyyətlə, qeydə alınmır:

"2013-cü ilin iyul ayından sonra Azərbaycanda qızılcaya yoluxan şübhəli bir xəstə qeydə alınmayıb. Azərbaycanda qızılca, məxmərək tam eliminasiya (ləğv edilmə) olunub. Azərbaycanda yerli yoluxma hadisələri qeydə alınmır. Eyni zamanda, gətirilmə hal da yoxdur. Hazırda vəziyyət tam sabitdir, bir hadisə belə yoxdur".
XƏBƏR LENTİ