07:05 çərşənbə Axşamı, 25 Sentyabr 2018
SAĞLAMLIQ

Səhiyyə Nazirliyindən "Qoca"nın yaralanan adamları ilə bağlı AÇIQLAMA

11:56, 02.11.20177806
Səhiyyə Nazirliyindən
"Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun tutulması üçün keçirilən əməliyyat zamanı yaralanan şəxslər 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, 1988-ci il təvəllüdlü Anar Əsgərov sol qolun bazu nahiyyəsindən güllə yarası alıb və qolu sınıb.
Bildirilib ki, xəstəyə bütün zəruri tədbirlər edilir. 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmarın isə yarası ağır olmadığından hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, gecə saatlarında Qarabağ rayonunda atışma baş verib. Keçirilən xüsusi əməliyyat zamanı Etibar Məmmədov və bir qrup şəxs hüquq-mühafizə orqanının əməkdaşlarına silahlı müqavimət göstərib. Nəticədə E. Məmmədov aldığı güllə yarasından ölüb.

XƏBƏR LENTİ