22:56 Bazar Ertəsi, 24 Sentyabr 2018
İDMAN

Şəhriyar Məmmədyarov Vladimir Kramniklə görüşünü heç-heçə ilə başa vurub

23:33, 27.03.20182434
Şəhriyar Məmmədyarov Vladimir Kramniklə görüşünü heç-heçə ilə başa vurub

Onun turnirin qalibi olma şanslarını qorumasından ötrü lider Karuana Qrişuka uduzmalıdır

Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində bu gün XIV sonuncu turun görüşləri keçirilir.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib.

Görüş 54-cü gedişdə heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 8-ə çatdırıb. Onun turnirin qalibi olma şanslarını qorumasından ötrü lider Fabiano Karuana Aleksandr Qrişuka uduzmalıdır.

Turun digər qarşılaşmaları:

Aleksandr Qrişuk (Rusiya) - Fabiano Karuana (ABŞ)

Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 0.5:0.5

Sergey Karyakin (Rusiya) - Din Lijen (Çin) - 0,5:0,5

On üç turdan sonra turnir cədvəlinə Fabiano Karuana başçılıq edir. Karuana 8 xalla vahid liderdir. Şəhriyar Məmmədyarov və Sergey Karyakin 7,5 xalla 2-3-cü yerləri bölüşdürür. Din Lijen 7 xalla 4-cü, Aleksandr Qrişuk 6,5 xalla 5-ci, Vladimir Kramnik 6 xalla 6-cı pillədə qərarlaşıb. Uesli So 5,5 xalla 7-ci, Levon Aronyan 4 xalla 8-cidir.

Azərbaycan təmsilçisi turnirin qalibi olmaq üçün Kramniki mütləq yenməli, Karuana və Karyakinin məğlubiyyətlərinə ümid etməlidir. Xallar bərabər olduqda əlavə göstəricilərə - şəxsi görüşlər, qələbə sayı, Zonneborn-Berger əmsalına baxılacaq. Bunlarda da bərabərlik olarsa, martın 28-də tay-breyk keçiriləcək.

///Report.az

XƏBƏR LENTİ