11:17 Cümə, 13 Dekabr 2019
FOTOSESSİYA

Şəki Dövlət Dram Teatrı Prezidentin fəaliyyətinə həsr olunmuş 'facebook' səhifəsində - FOTOLAR

17:50, 22.11.20133181
Şəki Dövlət Dram Teatrı Prezidentin fəaliyyətinə həsr olunmuş 'facebook' səhifəsində -  FOTOLAR
Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş facebook səhifəsində (https://www.facebook.com/PresidentIlhamAliyev) dövlət başçısının göstərişi əsasında əsaslı təmir edilən və yenidən qurularaq tamaşaçıların ixtiyarına verilən S.Rəhman adına Şəki Dövlət Dram Teatrından fotosessiya yerləşdirilib.AZXEBER.COM xəbər verir ki, səhifədə şəkillərlə yanaşı, bu ilin avqustunda Prezident İlham Əliyevin həmin teatrın təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olarkən nitqindən sitat da verilib: “1980-ci illərdə Moskvada oxuyarkən mən Şəki teatrının tamaşasında da olmuşdum. O da özlüyündə bir göstərici idi. Çünki mərkəzi şəhər olmayan şəhərin teatrının Sovet İttifaqının paytaxtında – Moskvada tamaşaları təqdim edilməsi əlbəttə ki, teatrın potensialından xəbər verirdi... Şəki teatrı üçün gözəl bina olmalıdır. Bu bina da indi, bundan sonra əlli il, bəlkə ondan da çox xidmət göstərəcək”. Dövlət başçısının fəaliyyətinə həsr olunmuş facebook səhifəsində həmçinin qeyd olunub ki, milli mədəniyyətimizin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
XƏBƏR LENTİ