19:25 çərşənbə, 12 Dekabr 2018
SOSİAL

Şəkidə 4 yaşlı uşaq faciəvi şəkildə öldü

21:44, 20.11.20185412
Şəkidə 4 yaşlı uşaq faciəvi şəkildə öldü
Şəki rayonunda dörd yaşlı uşağı maşın vuraraq öldürüb.

AZXEBER.COM report-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Vərəzət kəndi ərazisində baş verib.

Belə ki, "VAZ 2106" markalı minik avtomobili yolu keçmək istəyən dörd yaşlı uşağı vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində sürücününvvə uşağın şəxsiyyətini dəqiqləşdirir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
XƏBƏR LENTİ