07:32 çərşənbə Axşamı, 25 Sentyabr 2018
MARAQLI

Şəkidə maraqlı toy - Gəlini evdən bayraqlarla çıxardılar - VİDEO

09:15, 10.11.2017935
Şəkidə maraqlı toy - Gəlini evdən bayraqlarla çıxardılar - VİDEO
Bu gün Şəkidə maraqlı toy keçirilib. Toy günü 9 noyabr - dövlət bayrağı gününə təsadüf etdiyindən bəy və gəlin bayraqlarla qarşılanıblar.
 
AZXEBER.COM xezerxeber.az-a istinadən xəbər verir ki, bu hadisə sakinlərin də marağına səbəb olub. Gəlini evdən bayraqlarla çıxarıblar.
 
Toy karvanı bəy evində də bayraqlarla qarşılanıb.
 
Ruslan Məhərrəmov və Rəvanə Məhərrəmova cütlüyünün toy mərasimi bu günə, yəni 9 noyabr Dövlət bayrağı gününə təsadüf etdiyindən bəy və gəlin bayraqlarla qarşılanıb.
 
Yenicə ailə quran gənclərin arzusu tezliklə Qarabağın işğaldan azad edilməsi və bayrağımızın ölkəmizin hər yerində dalğalanması olub.
 
Kənd sakinləri də gənclərin bu şad günlərində onlara ən xoş arzularını çatdırıblar.
 
Sakinlərin dediklərinə görə, kənddə ilk dəfədir belə toy mərasimi keçirilib.
 

XƏBƏR LENTİ