12:58 Bazar Ertəsi, 14 Oktyabr 2019
SOSİAL

Şəkidə tələbənin atraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlandı - RƏSMİ

12:48, 17.09.20192309
Şəkidə tələbənin atraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlandı - RƏSMİ
Şəkidə yeniyetmə qızın atraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə AZXEBER.COM-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, 2003-cü il təvəllüdlü Xəyalə Durmuşovanın Şəki rayonundakı M.F.Axundov adına istirahət parkında yıxılaraq bədən xəsarətləri alması faktı ilə bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisə yerinə baxış keçirilməklə şahidlər dindirilib və müvafiq ekspertizalar təyin olunub.

Kənan Zeynalov əlavə edib ki, hazırda iş üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin müəyyən olunaraq əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.
XƏBƏR LENTİ