22:40 Cümə Axşamı, 19 Sentyabr 2019
SOSİAL

Şəmkir gənclərindən kimsəsiz gəncə dəstək

14:33, 22.05.20192645
Şəmkir gənclərindən kimsəsiz gəncə dəstək
"Həyatımlzı mənəvi anamız olan Mehriban xanıma borcluyuq"

Müqəddəs Ramazan ayında Şəmkir gəncləri valideyin himayəsindən məhrum olan və uşaq evini bitirmiş gənc Hüseynova Şəfa Hafiz qızına dəstək olublar.

Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, Şəmkir Rayon Gənclər İdman İdarəsi, Şəmkir Gənclərinin Karyera Mərkəzi və "Böyük Yol” Gənclərin İctimai birliyinin iştirakı ilə rayon gəncləri Şəfa Hüseyinovanın sığınacağa yerləşdirilməsində yaxından iştirak ediblər.

Bu gün isə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, İH-nin əməkdaşları ilə birlikdə gənclər Şəfanı evində ziyarət edib, ona hər zaman dəstək olacaqlarını bildiriblər.

Şəmkir RİH kollektivi adından Şəfa Hüseyinovaya hədiyyə də təqdim edilib.

Valideyin himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi diqqət və qayğıya görə Şəfa Hüseynova Cənab Prezident İlham Əlievə, Birinci vitse-prezident Mehriban Xanım Əliyevaya dərin təşəkkürünü bildirib: "Biz bu yaşa mənəvi anamız Mehriban xanımın qayğısı ilə gəlmişik. Həyatımızı da ona borcluyuq. Təşəkkür edirəm ki, Mehriban xanım bu gündən sonra da bizi tək buraxmadı”.
 

 

 

 


XƏBƏR LENTİ