10:51 şənbə, 22 Sentyabr 2018
SOSİAL

Şəmkirdə 36 yaşlı kişini qatar vuraraq öldürüb

18:17, 12.09.20183922
Şəmkirdə 36 yaşlı kişini qatar vuraraq öldürüb

Şəmkir rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.

"Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Keçili kəndi ərazisindən keçən hissəsində baş verib. 

Toy şənliyindən çıxaraq dəmir yolu xətti ilə piyada hərəkət edən rayonun Çaparlı kənd sakini, 1982-ci il təvəllüdlü Qalib Xudaverdi oğlu Balayev qatarın fitini gec eşitdiyinə görə lokomotiv onu vuraraq kənara atıb. Ağır bədən xəsarəti alan Q.Balayev hadisə yerində keçinib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ