08:48 şənbə, 25 Yanvar 2020
İDMAN

Şenol Günəş azərbaycanlı azarkeşlərə səsləndi - VİDEO

19:20, 01.01.20207039
Şenol Günəş azərbaycanlı azarkeşlərə səsləndi - VİDEO
"Bakıda Olimpiya stadionunda keçiriləcək Avro-2020-nin oyunlarının artıq xəyalını qurmağa başlamışam.
 
Tribunalarda Türkiyə və Azərbaycan bayraqlarını, 50 mindən çox azarkeşin dəstəyini düşündükdə, bizim komandanın Bakıdan maksimum xalla ayrılaraq yoluna davam edəcəyini fikirləşirəm. Əksini isə düşünmək belə istəmirəm”. Bu sözləri futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş İdman TV-də yayımlanan "Ay-ulduzlu liqa” verilişində Tural Məmmədli ilə Elçin Cəfərovun qonağı olarkən deyib.
Türkiyəli mütəxəssis onu da əlavə edib ki,UEFA bizə ev sahibliyi vermədi. Amma biz özləri də istəmədən Avropa çempionatında ev sahibi kimi oynayacağıq. Çünki Bakı bizə öz evimiz kimidir.
 


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ