23:49 çərşənbə Axşamı, 13 Noyabr 2018
İDMAN

“Sərfəli nəticə qazanmağa çalışacağıq” – Qurban Qurbanov

22:01, 10.07.20187781
“Sərfəli nəticə qazanmağa çalışacağıq” – Qurban Qurbanov

"Rəqibimiz yeni baş məşqçiylə yeni heyət qurub. Oyunların hamısını izləmişəm, hər oyuna fərqli sistemlə çıxırlar".

AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

 
 
 
 
 

46 yaşlı mütəxəssis Çempionlar Liqasının I təsnifat mərhələsinin "Olimpiya" ilə Sloveniyadakı qarşılaşması öncəsi mətbuat konfransına qatılıb. Qurbanov sabah keçiriləcək matç barədə fikirlərini açıqlayıb: "Bizi çətin və maraqlı qarşılaşma gözləyir. Təbii ki, ilk oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq və cavab matçı daha asan olacaq. Həmişə demişəm ki, ən vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdı. Bizim də bəzi problemlərimiz var, buna baxmayaraq, sabah sərfəli nəticə qazanmağa çalışacağıq. Maraqlı və gərgin oyun olacağını düşünürəm".

XƏBƏR LENTİ