05:13 çərşənbə, 19 Sentyabr 2018
KRİMİNAL

Sərnişin gediş haqqına görə sürücünü öldürdü

10:53, 23.02.20181623
Sərnişin gediş haqqına görə sürücünü öldürdü

Şəmkir rayonunda sərnişin takisi sürücüsünü qətlə yetirib. 

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndinə baş verib.  

Belə ki, Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mürsəl oğlu Yusibovun avtomobilinə sərnişin qismində əyləşən, 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaşlı kəndinə gedəcəyini deyib və maşını həmin kəndə sürdürüb.

Oraya çatanda sərnişinlə sürücü arasında gediş haqqı üstündə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünü bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan A.Yusibov yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisədən sonra A.İsgəndərov qaçsa da, polis onu saxlayaraq istintaqa cəlb edib.

XƏBƏR LENTİ