21:56 Cümə Axşamı, 25 Aprel 2019
SOSİAL

`Sərnişin qatarda şüşəni qırıb...`-Bakı Metropoliteni

10:46, 01.08.20163416
`Sərnişin qatarda şüşəni qırıb...`-Bakı Metropoliteni
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Qara Qarayev" metro stansiyasında qatarın şüşəsinin sınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Əslində hadisə belə olub. Metronun "Xalqlar Dostluğu" stansiyasında qatarda bir nəfər nəfəsliyi açmaq istəyib. Bu zaman o nəfəsliyi möhkəm dartıb və nəfəsliyin şüşəsini qırıb. Sərnişin dərhal özü maşinistə yaxınlaşıb və etiraf edib ki, nəfəsliyi açmaq istərkən şüşəni qırıb. Qatarın şüşəsinin qırılması, kiminsə başına düşməsi barədə yayılan məlumatlar tam əsassızdır".
Trend.az
XƏBƏR LENTİ