15:22 şənbə, 20 Yanvar 2018
DÜNYA

Səudiyyə Ərəbistanında 11 şahzadə və 4 nazir həbs edildi

11:20, 05.11.2017647
Səudiyyə Ərəbistanında 11 şahzadə və 4 nazir həbs edildi
Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin həbs edilməsinə dair qərar qəbul edib.
 
Yerli mətbuatda bildirilir ki, şahzadələrdən biri silah-sursatın tədarükü ilə bağlı qanunsuz sazişlər imzaladığı üçün həbs edilib. Digər şahzadə saxta müqavilələr imzalamaqda, daha biri isə pulların "yuyulması”nda ittiham olunur.   
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi  kralın fərmanı ilə dünən, noyabrın 4-də yaradılıb. 
 
///APA
0
XƏBƏR LENTİ