10:31 şənbə, 18 Avqust 2018
Maqazin

“Sevdiyin kişi çirkin və pullu olmalıdır” - Xumar

11:34, 14.02.20184260
“Sevdiyin kişi çirkin və pullu olmalıdır” - Xumar
ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Xumar Qəmimova olub.
 
AZXEBER.COM xəbər verir ki, müğənni ilk sevgisindən danışıb:

"Mən ilk dəfə 4-cü sinifdə sevmişəm. Hər ikimiz 4-cü sinifdə oxuyurduq. Amma mən və o ayrı məktəblərdə idik. Ümumiyyətlə mənim sevmədiyim zaman olmayıb. Mən hər zaman sevmişəm ”.

Sənətçi daha sonra bəyəndiyi kişi obrazını izah edib:

"Mən göyçək kişi sevə bilmərəm. Heç vaxt gözəl görünüşlü birinə kişi kimi aşiq ola bilmərəm. Mən çirkin sevirəm. Baxırsan çirkindi amma gözəldən də gözəldir. Əslində çirkin deyil, karizmatik olsun. Sonra isə cibi gəlir. İkisi bir yerdə olmalıdır”.
 

XƏBƏR LENTİ