11:01 çərşənbə, 19 Fevral 2020
DÜNYA

Sevgilisi ilə 70 min manata "killer" tutub ərini öldürtdü - Ayrı yaşayırdılar

16:08, 11.02.20205945
Sevgilisi ilə 70 min manata
Türkiyənin Muğla vilayətnin Ula qəsəbəsində 60 yaşlı Hasan Balaban evinin önündə tapança ilə qətlə yetirilib. Hadisəni 31 yaşlı Bekir Koyuncunun törətdiyi məlum olub və o, polis tərəfindən saxlanılıb. 

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, dindirilmə zamanı cinayətdə adı hallanan 45 yaşlı Özgür Arslan ilə Bekir Koyuncunun Hasan Balabanı 250 min lirə (70 min manat) qarşılığında qətlə yetirdikləri üzə çıxıb. Məlum olub ki, qətli boşanmaq ərizəsi verdiyi, ayrı yaşadığı arvadı 48 yaşlı Ebru Balaban ilə onun sevgilisi olduğu deyilən 33 yaşlı Akın Kulakçı sifariş verib.

Ebru və sevgilisi də artıq saxlanılıblar.
XƏBƏR LENTİ