16:58 çərşənbə, 23 May 2018
Maqazin

Sevinc Ağasıyeva: "Bu işdən çox böyük zövq aldım" - FOTOSESSİYA

17:38, 21.11.20171028
Sevinc Ağasıyeva:
Tanınmış bəstəkar Sevinc Ağasıyeva növbəti yeniliyə imza atıb.
 
Bu haqda AZXEBER.COM-a bəstəkar özü məlumat verib. 
 
Onun dediyinə görə, milli geyimlərlə bağlı layihədə iştirak edib və obraz yaradıb:
 
"Mənə fotosessiya təklifləri hər zaman gəlirdi, ancaq çox vaxt razı olmurdum. Düşünürdüm ki, maraqlı obraz olmasa fotosessiya insanlara maraqsız olar. Son dəfə 2 il öncə fotosessiya etdirmişdim. Ancaq bu haqda düşünürdüm, mən obraz olan fotosessiyaları çox bəyənirəm. Mənə belə bir təklif peşəkar fotoqraf Gülya Xalıqovadan gəldi və mən də tərəddüd etmədən qəbul etdim. O bütün ulduzlarla çalışıb və işinə rəssam kimi yanaşır. Mənə yazdı ki, belə layihəm var və orada səni görürəm. Mən də təklifi qəbul etdim və çox uğurlu işbirliyimiz alındı" 
 
Bəstəkar deyib ki, fotosessiyada milli geyimlərdən istifadə olunub: "Modelyer-dizayner Natavan Əliyevanın kolleksiyası var və biz orada olanda obrazlar yarandı. Bu prosesdən çox zövq aldım və fotolar da çox uğurlu alındı. İnanıram ki, bu layihə böyük maraqla qarşılanacaq" 
 
Bəstəkar yaradıcılığından da danışıb: Bildiyiniz kimi, mən "Mələyin öpüşü" filminin və "Lal yuxu" serialının bəstəkarıyam. Bu iki iş çox uğurlu alındı və davamı da gələcək. Bundan başqa da yaradıcılığımda yeniliklər gözlənilir. Bir neçə tanınmış müğənni mahnılarımı ifa edəcək"
 
Həmin fotosessiyanı təqdim edirik:
 

 

 

 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ