03:33 Bazar Günü, 22 Sentyabr 2019
SOSİAL

Şeyx: Öz qanımızı verməklə xəstələrə kömək edirik

12:38, 10.09.20192729
Şeyx: Öz qanımızı verməklə xəstələrə kömək edirik
Zəncirvurma, başyarma, qan çıxarma halları bəyənilmir.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, buna görə qanvermə aksiyası keçirmək qərarına gəlinib:

"Öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir. İllər keçməsinə baxmayaraq, hələ də Azərbaycanda Aşura günü ənənəsi yaşadılır".

QMİ sədri qeyd edib ki, hazırda Azırbaycanın bir çox məscidlərində qanvermə aksiyası davam edir:

"Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə geniş vüsət alıb. Hesab edirəm ki, bu savablı işdir. Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə də başsağlığı verirəm".
XƏBƏR LENTİ