01:17 Bazar Ertəsi, 22 Iyul 2019
SAĞLAMLIQ

Silikon nədir? - Məşhur cərrah açıqladı

18:45, 12.07.20194932
Silikon nədir? - Məşhur cərrah açıqladı
Estetik əməliyyatlarda tez-tez silikonlardan istifadə olunur. Bəs silikon nədir, tərkibi nədən ibarətdir?
 
Məşhur estetik cərrah Rəşad Babayev AZXEBER.COM-a açıqlamasında bu suala cavab verib
 
Silikon - birləşdirici silisium və oksigen tərkibli, təbiətdə rast gəlinməyən maddədir. Kremniy və oksigen tərkibli silikon ilk dəfə sovet alimi K.A. Andrianov tərəfindən sintez yolu ilə əldə edilmişdir. Tərkibinin polimerləşməsindən asılı olaraq silikon maye və bərk (rezin) halda ola bilir.
Silikonun kimyəvi tərkibi yüksək temperatura və turşuluğa davamlı olur. Silisiumun modifikasiya olunması onun elastikləşərək silikon rezinə çevrilməsinə səbəb olur. 
 
Silikondan məişət mallarının və şəxsi gigiyena əşyalarının hazırlanmasında istifadə olunur. Buraya əl kremləri, saçlara qulluq vasitələrinin və antiperspirantların hazırlanması da daxildir.
 
Silikondan qida məhsullarının, yarımfabrikatların və konservlərin qablaşdırılmasında da istifadə edilir.
İstifadə olunan zaman qidalara toxunaraq insan orqanizminə daxil olmuş silikon mədə-bağırsaq tərəfindən sorulur.
 
Bəzi tibbi maddələrin və alətlərin də tərkibində silikon var. Məsələn tibbdə istifadə edilən şprislər silikondan hazırlanır. Bu şprislərin tərkibi silikon yağından ibarətdir.
 
İnsulindən asılı şəkərli diabet xəstələri  istifadə etdikləri şprislərdən davamlı olaraq az miqdarda silikon yağı alırlar. Daxilə gedən silikon yağının miqdarı isə zamanla çoxalmağa başlayır.
 
Estetik cərrahiyədə də silikon implantlar tətbiq edilir. Müasir günümüzdə tətbiq edilən döş endoparezlərinin xarici təbəqəsi silikon tərkiblidir. Xarici silikon təbəqə implantın daxili mayesinin sızmaması üçün qoruyucu baryer rolunu oynayır. Müasir implantların daxilindəki mayenin sızmaması üçün onun xarici silikon təbəqəsini daha qalın edirlər. Bunun səbəbi isə silikonun etibarlı baryer rolunu yaxşı yerinə yetirə bilməsidir.
Silikon implantın tərkibindəki gel insan toxumasına sızdıqda sorulmur və bir sıra ağırlaşmaların meydana gəlməsinə səbəb olur. Bununla əlaqədar olaraq alternativ keyfiyyətli silikonlardan istifadə etmək məsləhətli sayılır. Bu təbii polimer olan silikondur ki, onun da insan orqanizmi üçün heç bir zərəri yoxdur.
 
 
XƏBƏR LENTİ