06:46 çərşənbə, 19 Sentyabr 2018
SOSİAL

Şimşək çaxacaq, yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ

13:36, 14.09.20181737
Şimşək çaxacaq, yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ
Sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bu barədə AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
XƏBƏR LENTİ