21:16 çərşənbə, 22 May 2019
SOSİAL

Sınaq imtahanlarına qeydiyyat başlayıb

20:29, 15.02.20194256
Sınaq imtahanlarına qeydiyyat başlayıb
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə keçirilən onlayn sınaq imtahanlarına qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq.

İmtahanlar martın 2-dən etibarən gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.

İmtahanda iştirak haqqı 3 manatdır.
XƏBƏR LENTİ