06:44 çərşənbə Axşamı, 25 Sentyabr 2018
MARAQLI

"Sirena Motors"dan "Baic" markasının müştərilərinə sürpriz - FOTOLAR

15:36, 27.10.20171107

Oktyabr ayının 22-də Çinin nəhəng "Baic" markasının müştəriləri üçün möhtəşəm tədbir keçirilib.

 

AZXEBER.COM-un məlumatına görə, "Baic" markası oktyabr ayının əvvəlində təsis edilən "Baic Klub" layihəsinin ilk səfərini reallaşdırıb. Səfər çərçivəsində Azərbaycanın dilbər güşəsi olan Qubaya səyahət edilib.

14 avtomobildən ibarət olan Baic avtomobil karvanı səhər saat 10:00-da Baic markasının mərkəzi sərgi salonunun qarşısından yola çıxıblar.

Saat 12:30 Quba rayonundakı "Rixos Otel"ə çatan klub üzvləri nahar yeməyindən sonra maraqlı bir gün keçiriblər. Klubun ilk səfəri bir çox üzvlər üçün yadda qalan olub. Belə ki, onlar müxtəlif viktarinalarda pulsuz servis xidmətləri qazanıblar. Ümumilikdə, klub üzvlərinin 2 gün ərzində yanacaq, otel, yemək və əyləncə xərcləri Baic markası tərəfində qarşılanıb. Baic klubun növbəti səfəri yaz aylarına təsadüf edəcək.

Qeyd edək ki, Baic markasının Azərbaycanda yeganə və rəsmi distribyutoru "Sirena Motors" şirkətidir. Sirena Motorsda avtomobillər 5 ilə qədər sadə kredit şərtləri ilə satılır. İlkin ödəniş 15%-dən başlayır. Yalnız dövlət qulluğunda olan şəxslər üçün ilkin ödəniş 10% təşkil edir. Avtomobillərə 5 il və ya 120.000 km zəmanət verilir. Ətraflı məlumat üçün 1630 nömrəsi və http://sirenamotors.az/ saytı sizin xidmətinizdədir.


BAİC KLUBA NECƏ ÜZV OLMAQ OLAR?

- Baic markasının hər hansı bir modelinə sahib olmalısan

- Avtomobilin nişanlarına xətər yetirilməməli və ya dəyişdirilməməlidir.

- Zəmanətdə olan avtomobilə vaxtında servis xidmətinin göstərilməsini təmin etməli

- Lizinqdə olan avtomobil sahibləri gecikmə cədvəlinə düşməməli

 

 

 

 

 


 

XƏBƏR LENTİ