02:47 Bazar Ertəsi, 17 Dekabr 2018
GƏNCLİK

Şirvanda “Cümhuriyyət 100” adlı tədbir keçirildi

16:52, 01.10.20183428
Şirvanda “Cümhuriyyət 100” adlı tədbir keçirildi
Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin və Şirvan şəhər Gənclər və İdman İdarəsinin birgə tərəfdaşlığı ilə Şirvan şəhərində "Cümhuriyyət 100” adlı tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncam imzaladığını və bu sərəncamın dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsi olduğunu bildirib.

Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin rəhbəri Yusif Poladov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən bəhs edərək bildirib ki, 1991-ci ildə öz müstəqilliyi bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik üçün həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsi olduğunu qeyd etdi.

Daha sonra digər çıxışçıların nitqləri və məktəbli yeniyetmələrin hazırladığı şeir kompozisiyası dinlənildi.
 

 


XƏBƏR LENTİ