01:40 çərşənbə Axşamı, 20 Noyabr 2018
ÖZƏL

“Sizin maaşları artırmaq yox, azaltmaq lazımdır” - Vətəndaşlar deputatları “topa” tutdular

16:12, 07.11.20189049
“Sizin maaşları artırmaq yox, azaltmaq lazımdır” - Vətəndaşlar deputatları “topa” tutdular
Bu gün Milli Məclisin iclasında millət vəkil Qüdrət Həsənquliyev maraqlı təkliflə çıxış edib. Deputat dövlət qurumlarının tətbiq etdiyi cərimələrdən əldə olunan vəsaitin 3 faizinin deputatların əmək haqqına əlavə edilməsi təşəbbüsü qaldırıb.

Millət vəkilinin bu təklifi sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb. AZXEBER.COM "Azxeber” feysbuk səhifəsində deputatın təklifi ilə bağlı oxucuların yazdığı şərhlərin bəzilərini təqdim edir.

İlham Həsənquliyev adlı istifadəçi: "Ayda 10 min dollar bəsinizdir? Onsuz sakit yerinizdə oturmusunuz, bir dəfə olsun insanların problemini qaldırmısınız. Düz deyirsiniz, gərək sizin maaşlar arta, üstündə bonusla birlikdə”.

Samir Quliyev adlı istifadəçi: "Camaatın əksəriyyəti 150-200 manat təqaüd alır. Əhali bu gündə, siz isə özünüz üçün yüksək məvacib istəyirsiz”.

Amil Fəttahov adlı istifadəçi: "Bu deputatlar hər iki aydan bir maaş davası edirlər. Bir işdə görmürlər. Havayı yerdən pul qazanmaq istəyirlər. Heç olmasa bir işə yarayaydılar”.

Rübabə Əhmədova adlı istifadəçi: "Hərəsinin bir restoranı, obyekti, villası, bahalı maşını. Bu qədər şeyləri var, gözləri doymur amma. Adam nə qədər var-dövlət düşkünü olar”.

Aysel Əliyeva adlı istifadəçi: "Mütləq artırılsın. Gecə-gündüz yağış, qar demədən işləyirlər. Soyuq bilmirlər, isti bilmirlər, ancaq camaatın problemləri ilə məşğul olurlar. Gülməlidir, vallah”.

Rafiq Qardaşov adlı istifadəçi: "Ayda 3 minə yaxın maaş alırsız. Bu sizə bəs etmirsə, bəs biz neyləyək, ölək?! Ayda 200 manat qazanmırıq, niyə bizim yox, sizin?!”.

Emin Sadiqov adlı istifadəçi: "Bu camaatın hansı işinə yaramısınız ki, indi də pul davası edirsiniz? Sizin nəinki maaşlarınızı artırmaq, əksinə azaltmaq lazımdır”.

Səidə Hüseynova adlı istifadəçi: "Yazıqlar az maaş alır. Biz həkimlər 7 il oxuyuruq, heç 250 manat maaş almırıq. Bunlar nə ediblər, nə faydalı işlər görüblər ki, yüksək maaş istəyirlər”.

Esmira İsmayılova alı istifadəçi: "Adam deməyə söz tapmır. Mən gözləyirdim ki, kasıb-kusubun maaşlarını qaldırmaq təklifi edəcəklər. Bunlar öz dərdindədirlər”.

Xatırladaq ki, deputatın təklifinin əks olunduğu yazıya 100-dən artıq şərh gəlib. Nədənsə onların içində təklifə dəstək verən bircə nəfər belə olmayıb.

// Azər Niftiyev, AZXEBER.COM
XƏBƏR LENTİ