03:47 çərşənbə, 21 Noyabr 2018
İQTİSADİYYAT

SOCAR Rumıniya iqtisadiyyatına 77,7 milyon dollar sərmayə qoydu

20:06, 03.09.20184068
SOCAR Rumıniya iqtisadiyyatına 77,7 milyon dollar sərmayə qoydu

SOCAR tərəfindən 2011-ci ildən ötən ilin sonunadək Rumıniya iqtisadiyyatına 77,7 milyon ABŞ dolları həcmində sərmayə qoyulub.

AZXEBER/COM xəbər verir ki, bu barədə şirkətin 2017-ci il üzrə illik hesabatında bildirilir.

Qeyd olunur ki, SOCAR Rumıniya bazarındakı fəaliyyətini "SOCAR Romania S.A” şirkəti vasitəsilə həyata keçirir. Şirkət 2011-ci il yanvarın 30-da "ROMTRANSPETROL” strukturu əsasında Botosani şəhərində təsis edilib və cəmi 12 yanacaqdoldurma məntəqəsi (YDM) ilə fəaliyyətə başlayıb. Şirkət Rumıniya bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur.

 

Ötən ilin sonuna şirkət 39 YDM və 2 neft bazası ilə fəaliyyət göstərir. Eyni vaxta olan məlumata görə şirkətin işçilərinin sayı 523 nəfərdir və bunlardan yalnız 4 nəfəri Azərbaycan vətəndaşıdır. SOCAR tərəfindən Rumıniyaya 2011-ci ildən bu günə kimi qoyulmuş sərmayənin ümumi həcmi təqribən 77,7 milyon dollara bərabərdir, bu sərmayələr vasitəsilə 39 YDM açılıb və fəaliyyətə başlayıb.

Eyni müddət ərzində şirkət Rumıniya hökumətinə ümumilikdə 86,4 milyon dollar həcmində vergi ödəyib. Şirkət Rumıniyada biznes fəaliyyəti ilə yanaşı, sosial layihələr də həyata keçirib. 2016-cı ildə şirkət əlil uşaqların problemlərinə diqqət çəkmək məqsədilə Kampulunq Moldovenets şəhərində xeyriyyə futbol turnirində əsas sponsoru olub. Şirkət 2017-ci ilin oktyabr ayında sponsorluq fəaliyyətini xəstə uşaqlara kömək məqsədilə təşkil olunmuş "Ürək üçün voleybol” yarışında davam etdirib və "Hearts for Hearts” Fonduna ianə verib. 2017-ci ildən başlayaraq SOCAR Rumıniya Cüdo Federasiyasının (RCF) əsas sponsorlarından birinə çevrilib.

XƏBƏR LENTİ