03:45 Bazar Ertəsi, 22 Oktyabr 2018
İQTİSADİYYAT

SOCAR Türkiyədə yeni yatırım edəcək

15:47, 08.08.20182999
SOCAR Türkiyədə yeni yatırım edəcək
Almaniyanın nəhəng şirkəti Türkiyədən gedir, yerinə isə Azərbaycan şirkəti gəlir

Almaniyanın böyük şirkəti EWE AG əsasında fəaliyyət göstərən EWE Turkey Holding 2007-ci ildən girdiyi Türkiyə enerji bazarından gedir. EWE-nin təbii qaz paylanmasını həyata keçirən Bursagaz, Kayserigaz, EWE Enerji, Enervis ve Millenicom-dakı payını satmaq üçün potensial alıcılarla etdiyi danışıqların böyük hissəsi tamamlanıb.

Türkiyədə milyardlarla dollarlıq emal və boru kəməri yatırımları ilə tanınan Azərbaycan Dövlət Neft Şirkəti SOCAR, ən güclü namizəd olaraq önə çıxıb. SOCAR-ın ən yaxın rəqibi isə son dönəmdə enerji bazarında yatırımlar edən Kolin şirkəti olub. İlkin iddialara görə isə bu hissələr üçün nəzərdə tutulan məbləğ 200-250 milyon dollar təşkil edir.

Trans Anadolu Təbii Qaz Boru Kəməri Layihəsinin (TANAP) böyük səhmdarı olan SOCAR-ın İzmirdə inşaatı davam edən STAR emal zavodu sentyabr ayında fəaliyyətə başlayacaq. SOCAR-ın payına sahib olmaq istədiyi EWE illik 2-2,5 milyard kubmetr təbii qaz tədarük həcmi ilə Türkiyənin ən böyük topdan satış portfelini idarə edir. SOCAR-ın isə buradakı qazın önəmli bir hissəsini STAR emal zavodu üçün istifadə edəcəyi ehtimal edilir.
 
///Finans.az
XƏBƏR LENTİ