18:05 çərşənbə, 18 Iyul 2018
SİYASƏT

Soçidə Putinlə Ərdoğanın görüşü başladı — Görüşdən İLK AÇIQLAMALAR, FOTO

20:27, 13.11.2017663
Soçidə Putinlə Ərdoğanın görüşü başladı — Görüşdən İLK AÇIQLAMALAR, FOTO
Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında kiçik tərkibdə görüş başlayıb.
 
AZXEBER.COM olke.az-a istinadən xəbər verir ki, Rusiya vaxtı ilə 16:30-da Ərdoğan şəxsi təyyarəsi ilə Soçi aeroportunda enib. Ərdoğanı Türkiyənin Rusiyadakı səfiri Hüseyin Diriöz, Soçi bələdiyyə sədri Anatoli Pakhomov və digər səlahiyyətli şəxslər qarşılayıblar. Ərdoğan Soçidə Putinlə görüşüb.
 
R.T.Ərdoğan V.Putinlə görüşdə qeyd edib ki, Rusiya və Türkiyənin münasibətləri çox sıx inkişaf edir.
 
"Cənab Putin qısa zamanda sizinlə ikici dəfə görüşməyə çox şadam. Türkiyə-Rusiya münasibətləri bundan sonra da inkişaf edəcək. Aramızdakı siyasi, iqtisadi və hərbi müttəfiqlik münasibətlərimizin hər an inkişaf etməsinə təkan verir. Görüşlərimizdən əlavə, mütəmadi olaraq telefon danışıqlarımız müttəfiqliyimizin qarantıdır. Görüş üçün təşəkkür edirəm. İnanıram k, danışıqlarımız çox məhsuldar olacaq”, - deyə Ərdoğan bildirib.
 
Putin də öz növbəsində Suriya münaqişəsi daxil, bir çox problemlərin həllində Türkiyə ilə Rusiyanın birgə çalışdığını vurğuladı.
 
"Bizim görüşlərimiz regionda və münaqişə ocaqlarında aparılan hərbi əməkdaşlığın və terrorla mübarizənin uğurla sona çatdırılmasında bir vasitə rolunu oynayıb. Son vaxtlar münasibətlərimizin qaydaya düşməsi və danışıqlarımız nəticəsində iqtisadi sahədə də xeyli irəliləyiş olub. Ticarət sahəsində 30 faizdən artıq nəticələr əldə olunub. Demək olar ki, Türkiyə-Rusiya arasında ticarət dövriyyəsi əvvəlki vəziyyətinə qayıdıb”, - deyə Putin bildirib.
 
Qeyd edək ki, Ərdoğanla Putin 2017-ci ildə 5 dəfə görüşüblər. Bu il ərzində iki ölkə rəhbəri 13 dəfə telefonla danışıblar.
 



XƏBƏR LENTİ