10:05 çərşənbə Axşamı, 17 Iyul 2018
DÜNYA

ŞOK - Ata oğlunu 20 ildir 1 metrlik qəfəsdə saxlayırmış - VİDEO

15:04, 09.04.20185252
ŞOK - Ata oğlunu 20 ildir 1 metrlik qəfəsdə saxlayırmış - VİDEO
Yaponiyada əqli qüsurlu oğlunu 16 yaşından etibarən, 20 ildir 1 metr yüksəklikdə olan qəfəsdə saxlayan ata saxlanılıb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Yoşitane Yamasaki adlı 73 yaşlı şəxs oğlunu Sanda şəhərindəki evinin yanındakı köhnə fabrikdəki qəfəsdə 20 ildən çoxdur saxladığı iddiası ilə tutulub.

Yamasakinin arvadına ölmədən öncə baxan tibb işçisi yanvar ayında məsələni səlahiyyətlilərə bildirdikdən sonra hərəkətə keçən polisin hadisə ilə bağlı araşdırmaya başladığı deyilir.

Polislər atanın 16 yaşından bu yana qəfəsdə saxladığı oğluna hər gün yemək verdiyini və bir gündən bir çimməyinə icazə verdiyi qeyd edilir.


42 yaşlı övladın müalicə məqsədi ilə dövlət tərəfindən himayəyə götürüldüyü deyilir.
 

XƏBƏR LENTİ