07:21 çərşənbə Axşamı, 25 Iyun 2019
İDMAN

"Son dəfə nə vaxt belə bərbad oynadığımızı xatırlamıram” - Poqba

22:04, 09.06.20196034
"Düşünürəm ki, bizdə nə qaydasında deyildi, ancaq cavab tapa bilmirəm. Sonuncu dəfə nə vaxt belə bərbad oynadığımızı xatırlamıram".

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa millisinin üzvü Pol Poqba Avro-2020-nin seçmə mərhələsində səfədə Türkiyəyə uduzduqları (0:2) oyundan sonra "L'Equipe"ə açıqlamasında deyib.

"Mançester Yunayted"in yarımmüdafiəçisi oyunlarının alınmadığını bildirib: "Hücumlarımız kəsərli deyildi, müdafiədə də yaxşı oynamadıq. Oyuna hazır idik. Rəqibin güclü azarkeş dəstəyinin olacağını da bilirdik. Hər şeyi yaxşı təhlil edib, uğursuzluğun səbəbini tapmalıyıq".
 

XƏBƏR LENTİ