BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

SON DƏQİQƏ - Bakıda daha 7 nəfər koronavirusa görə xəstəxanaya yerləşdirildi

SON DƏQİQƏ - Bakıda daha 7 nəfər koronavirusa görə xəstəxanaya yerləşdirildi
SOSİAL
10:06 26.02.2020
4917
Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri məlumat yayıb.

Həkim müşahidəsinə götürülənlərin 2-si Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlardan 6-nın vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. 1 nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir.

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə artıq məlumat verdiyimiz kimi müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan Səhiyyə Nazirliyinə verilən məlumata görə həkim müşahidəsinə götürülənlərdən 2 nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb.

Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.

Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik.

Kütləvi informasiya vasitələrindən xəbər başlıqlarının məzmununda çaşqınlığa səbəb olan ifadələrdən istifadə etməməyi xahiş edirik.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:09 30.03.2020

"Bank Respublika" ödəniş kartlarının istifadə müddətini uzatdı

16:59 30.03.2020

Operativ Qərargah: Xüsusi karantin rejiminə ciddi əməl olunmalıdır

16:53 30.03.2020

IOC prezidenti: "Bəşəriyyət hazırda qaranlıq tunelin içindədir"

16:42 30.03.2020

Qərargah: Ölkədə koronavirusa görə 30 minə yaxın insan test edildi

16:40 30.03.2020

Koronavirusdan sağalan 11 nəfər də evə buraxıldı

16:29 30.03.2020

“Dezinfeksiya zamanı vətəndaşlardan ödəniş tələb olunması yalandır”

16:21 30.03.2020

Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu

16:11 30.03.2020

Azərbaycanda 25 yaşlı oğlan anasını niyə öldürdü? - Təfərrüat

16:02 30.03.2020

Məşhur mahnının müəllifi koronavirusdan öldü

15:56 30.03.2020

“PakDad”- “BalBadəm” - #EVDƏQAL - VİDEO

15:42 30.03.2020

Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi

15:24 30.03.2020

Ermənistan ordusunda koronavirusa yoluxanların sayı artır

15:12 30.03.2020

Bakıda Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər

14:57 30.03.2020

Səhiyyə Nazirliyi spirtdən istifadə ilə bağlı əhaliyə müraciət etdi

14:51 30.03.2020

Rusiya Azərbaycana koronavirusun laborator diaqnostikası üçün 70 test sistemi təhvil verib

14:35 30.03.2020

Türkiyə XİN: Beynəlxalq ictimaiyyəti Qarabağdakı “seçkiləri” tanımamağa çağırırıq