08:34 Bazar Ertəsi, 09 Dekabr 2019
DÜNYA

Son günlərini yaşayan xəstə son arzusunu həyata keçirdi - FOTO

20:26, 02.12.20196798
Son günlərini yaşayan xəstə son arzusunu həyata keçirdi - FOTO

Ömrünün son günlərini yaşayan Çikaqo sakini bir sinifdə oxuduğu qızla ailə həyatı qurub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, 23 yaşlı Xavyer Rodriqez Hipertrofik kardiomiopatiya - genetik ürək əzələsi xəstəliyindən əziyyət çəkir. Gənc 12 və 14 yaşlarında ürək köçürülməsi əməliyyatı keçirib.

X. Rodriqez sinif yoldaşı Cristal Kuevasla hələ məktəbli illərindən sevgili olublar. Cütlüyün qız övladı var. 

Xəstənin həkimi bildirib ki, X.Rodrigez son günlərini yaşayır. Son arzusu kimi X.Rodrigez sevgilisi ilə rəsmi nikaha daxil olmağı və məzar daşının üzərində "ər" kəlməsinin yazılmasını istəyib.

Nikah mərasimi Çikaqoda yerləşən tibb mərkəzlərinin birində baş tutub.


XƏBƏR LENTİ