22:07 Cümə Axşamı, 21 Iyun 2018
MƏDƏNİYYƏT

Sona Vəliyevanın yeni kitabı çap olundu

15:58, 01.11.2017387
Sona Vəliyevanın yeni kitabı çap olundu

Filologiya üzrə fəlsəfə doktoru, şair Sona Vəliyevanın "Ruhun yaddaşı” adlı yeni kitabı çap olunub.

Kitab yeddi bölmədən -"Elm”, "Ədəbiyyat”, "Hüseyn Cavid”, "Sənət”, "Kitab", "Mətbuat tarixi və media”, "Portret”, "Rəy”, "Müsahibələr” - ibarətdir.

AZXEBER.COM xəbər verir ki, "Zərdabi” nəşriyyatında çap olunan kitabda Sona Vəliyevanın elm, mədəniyyət, ədəbiyyat, media tarixi və görkəmli ziyalılarımız haqqında fərqli dünyagörüşünü, düşüncə tərzini ehtiva edən esseləri, məqalələri, araşdırma yazıları toplanmışdır.

Müsahibələrinin də yer aldığı nəşrdə Sona Vəliyevanın keçdiyi həyat yolu, sənət və ədəbiyyata münasibəti, mediamızın inkişafındakı uğur izləri ilə tanış ola bilərsiniz.

"Ruhun yaddaşı” müəllifin, yaradıcılığına, düşüncələrinə, həyat meyarlarına bələd olmaq istəyənlər üçün müstəsna əhəmiyyətə malikdir.

XƏBƏR LENTİ