20:00 Bazar Günü, 24 Mart 2019
SOSİAL

“Sosial müavinətlər və təqaüdlər artırılacaq” - Sahil Babayev

11:41, 19.02.20192901
“Sosial müavinətlər və təqaüdlər artırılacaq” - Sahil Babayev
"Bu il əlil və şəhid ailələrinə 800-dən artıq mənzilin verilməsi nəzərdə tutulur".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə deyib.

Onun sözlərinə görə, bu il həm də müharibə əlillərinə 170-180 avtomobil veriləcək.

Nazir qeyd edib ki, sosialyönümlü tədbirlər davamlı şəkildə icra olunacaq: "Bu gün üçün ölkədə müharibə əlillərindən 20 min nəfər təqaüd və pensiya, şəhid ailələrindən isə 15 min nəfər sosial müavinət alır. Sosial müavinətlər və təqaüdlərin optimallaşdırılması üçün işlər görülür və sistem daha da təkmilləşdiriləcək".

S.Babayev deyib ki, bu il üçün 7000-dən çox ailə özünəməşğulluq üçün nazirliyə müraciət edib: "Onlar arasında ilk növbədə müharibə əlilləri və şəhid ailələrinə üstünlük veriləcək". (Report)

XƏBƏR LENTİ