07:41 çərşənbə Axşamı, 25 Sentyabr 2018
SOSİAL

Sosial şəbəkədə hər kəsin bəhs etdiyi #4noyabr tədbiri baş tutdu - FOTOLAR

17:57, 06.11.20171215
Sosial şəbəkədə hər kəsin bəhs etdiyi #4noyabr tədbiri baş tutdu - FOTOLAR

Uzun müddətdir haqqında danışılan "Marketing Meetup” Viral&Guerrilla tədbiri 4 noyabr tarixində baş tutdu. 200 nəfərdən çox IT, Modern Texnologiya, PR və Marketinq mütəxəssisinin iştirak etdiyi tədbir "Turizm.az Kommunikasiya Paneli”, "Vitam Rəqəmsal Paneli”, "Optimal Ənənəvi Paneli”, "#4noyabr İnflunser panel”lərindən ibarət olub. 

Panellər üzrə spikerlər sahələrinin mütəxəssisləri - Respublikanın əməkdar artisti Tahir İmanov, "Bakı Nəqliyyat Agentliyi”ndən Rəvanə Əliyeva, Olke.az xəbər saytının rəhbəri Məmməd Gülməmmədov, ssenarist Erkin Ergin, Rəvan Muradov, dizayner Rəşad Baxışov, guerilla rejissor İlkin Yusif, sahibkar Fərid Əlizadə, marketoloq Famil Alməmmədov, müəllif Coşqun Kərimov, mikro influnser Nərmin Knyaz oldular.

Tədbirdə yerli çıxışçılarla yanaşı, Türkiyədə "Marketing Meetup"ın yaradıcılarından biri və "pazarlamasyon.com”un təsisçisi Necip Murat və "BatesMotelpro”nun qurucusu Tansu Tunçel də iştirak edib. Qonaqlar Türkiyədə olan Marketing təcrübələrini iştirakçılarla bölüşüblər. 
Marketing meetup tədbirində həmçinin #4noyabr viral kampaniyasının qalibi də bəlli olub.  Son günlər sosial mediada böyük səs gətirən və müzakirələrə səbəb olan "#4Noyabr” həştəqli viral kampaniyanın qalibi Zaur Əzimov adlı sosial media istifadəçisi olub. Qalib ümumi dəyəri 20.000 manatdan artıq olan müxtəlif irili-xırdalı hədiyyələr qazanıb.

 

XƏBƏR LENTİ