Sosial şəbəkələrdə gündəmə çevrilən "4 noyabr"da nə olacaq? - Müsahibə

05 Oktyabr 2017, 16:13
AAA
15 min manatlıq hashtag - #4noyabr
 
Son günlər sosial şəbəkələrdə #4noyabr "hashtag"ı ilə paylaşımların həddən artıq populyarlaşdığını müşahidə edirik. Demək olar ki, əksər istifadəçilər bu hashtag vasitəsilə postlar paylaşırlar. Hətta, çox sayda biznes qurumu da bu hashtag-ı paylaşanlara dəyərli hədiyyələr vəd edir.
 
4 Noyabr tarixinə bir aya yaxın vaxt var, hər kəsi isə düşündürən sual budur, görəsən, bu tarixdə nə baş verəcək?
 
AZXEBER.COM məsələ ilə bağlı məlumat əldə etmək üçün kiçik bir araşdırma aparıb. Paylaşımların müxtəlif mövzuları əhatə etdiyini və fərqli istiqamətlərdə yazıldığını nəzərə alaraq, ideya müəllifinin kim və ya kimlər olduğunu müəyyən etmək çətinləşir. Ona görə də, sosial şəbəkələrdə bu #4noyabr hashtagi ilə ilk paylaşım edənləri müəyyənləşdirməyə qərar verdik.
 
Nəticədə məlum oldu ki, ilk hashtag-lər Azərbayanın Marketing bazarında yetərincə nüfuza malik bir neçə marketolqun paylaşımındadır. Məsləyə aydınlıq gətirməsi üçün paylaşım edən həmin marketoloqlardan biri Elgün Namazlı ilə əlaqə saxladıq.
 
Elgün bəy də ideyanın onlara məxsus olduğunu təsdiqlədi. Onun 4 noyabr məsələsi ilə bağlı olan müsahibəsini təqdim edirik:
 
4 Noyabr tarixi ilə bağlı ilk paylaşımları siz etmisiniz. Ona görə də, məhz siz bilərsiniz bu tarixin sirri nədir? Nədir, bu 4 noyabr?
- Bəli, haqlısınız, artıq bu məsələ gündəmə çevrilib. Bizim gözlədiyimiz kimi istifadəçilər də bu tarixlə bağlı çoxlu paylaşımlar edirlər. Paylaşımlar təkcə paylaşım olaraq qalmır, hətta irəli gedərək bəzi biznes qurumları bu hashtag-i paylaşan insanlardan təsadüfi seçiləcəklərə hədiyyələr vəd edirlər. Vəd edilən hədiyyələr də müxtəlifdir, endirim kuponları, tətil rezervasiyaları və s. Marketinq hadisəsinin geniş miqyas alması və müxtəlif qurumların buraya cəlb olunması bizi əslində sevindirir, bu o deməkdir ki, bizi maraqlı bir sürpriz gözləyir. Əslində paylaşımların çoxluğu 4 noyabrda nə baş verəcəyi ilə bağlı ehtimalları da çoxaldıb. Variantlar o qədər müxtəlifdir ki, reala ən yaxın hansı ola bilər deyə tapmaq çətinləşir.
 
- Bəziləri deyir, hansısa bir parti təşkil olunacaq, bir qrup insan düşünür ki, hansısa kursun və ya kafenin açılışıdır yaxud kiminsə sevgilisi ilə ilk tanış olduğu gündür. Bəs əsl məsələ nədir?
- Bəli, sosial mediada bizim marketinq hadisəsi ilə bağlı belə ehtimallar yazırlar. Bu normaldır. Belə deyim, bu tarix təbii ki, bir neçə hadisə ilə üst—üstə düşə bilər, amma bizim nəzərdə tutduğumuz əsl 4 noyabr, nə partidir, nə kiminsə sevgilisi ilə bağlı özəl gündür, nə açılışdır. Bu tamamilə fərqli bir marketinq hadisəsidir və əminik ki, insanlar üçün maraqlı olacaq. Nəzərə alsaq ki, artıq hətta biznes qurumları ümumi dəyəri 15 mindən yuxarı olan hədiyyələr vəd ediblər, deməli, bu sadalananlardan fərqli bir məsələdir. Həm də bu məbləğ bir neçə günün içində formalaşıb, əminik ki, 4 noyabr tarixinə qədər vəd olunan hədiyyələrin ümumi büdcəsi dəfələrlə artacaq. Azərbaycanın rəqəmsal marketinq bazarında ilk dəfədir ki, biznes qurumları bir-birinin ardına bu formada hədiyyə yağışına başlayırlar. Hələ biz bunun təkrarını görməmişik.
 
- Sosial şəbəkələrdə 4 noyabrın nə olması ilə bağlı sadalanan ehtimallar doğru deyilsə, biz deyə bilərikmi ki, bu biznes ideyasıdır və yekunda bizneslə bağlı bir məsələ ortaya çıxacaq?
- Sirr kimi qalmasını istədiyimiz üçün indi marketinq hadisəsinin nədən ibarət olduğunu deyə bilmirəm, amma yaxınlarda açıqlayacağımız məsələ çox maraqlı və faydalı olacaq. Təkcə onu deyə bilərik ki, 4 noyabrla bağlı yekunda bizi kiminsə ad günü, kiminsə sevgilisi ilə tanış olduğu gün yaxud siyasi və ya dini mesajı olan bir məsələ gözləmir. Bu hansısa brendin kampaniyası da deyil. Qeyd etdiyimiz kimi, sosial şəbəkələrdə bu marketinq hadisəsi ilə bağlı populyarlıq artır.
 
- İdeya sizindir, amma fərdi şəbəkə istifadəçiləri ilə yanaşı, tamamilə fərqli qurumlar da bu tarixlə bağlı paylaşımlar edir. Məsələyə başqa qurumların da cəlb olunması sizi narahat etmir?
- Biz əvvəlindən bilirik ki, bu viral marketinq hadisəsidir. Bunun virallığı da elə geniş kütlənin maraq dairəsinə daxil olmasındadır. Hansısa biznes qurumunun təsadüfi bir adama hədiyə vəd etməsi bizi narahat etmir. Bayaq da qeyd etdiyim kimi, biz əksinə sevinirik ki, insanlar marketinq hadisəsi ilə yanaşı bir də əlavə qurumlardan faydalana biləcəklər. Biz miqyasın geniş olacağını hesablamışdıq və məsələnin belə yayılmasını gözləyirdik. Ona görə də, deyə bilərik ki, hər şey düşündüyümüz kimi davam edir.
 
- Belə görürük ki, indiki vaxt üçün sirrin nədən ibarət olduğunu açıqlamayacaqsınız. Bəs qarşıdakı günlərdə hazırladığınız marketinq hadisəsi barədə bu hashtag-i izləyənlər üçün növbəti açıqlamalarınız olacaqmı?
- Tezliklə hər şey insanlar üçün aydın olacaq. Biz insaların maraq və düşüncələrinə əsasən, bir neçə məqama da aydınlıq gətirəcəyik. İstifadəçilər növbəti açıqlamalarla bağlı isə tək rəsmi məlumat saytımız 4noyabr.az-ı ziyarət edə bilərlər.

Oxunma sayı : 11162

SON XƏBƏRLƏR
Mariya Şarapova ilk sevgisi haqda: Bir gecənin içində... - 17 Oktyabr 2017, 22:32
Bakı metrosunda gənc qız özünü qatarın altına atmaq istədi – FOTO - 17 Oktyabr 2017, 22:25
Mətanətdən Rövşanə haqda qalmaqallı sözlər: "Bədbəxt insan..." - 17 Oktyabr 2017, 21:19
Təranə ilə küsülü olduğu Cabbar arasında efirdə dava - 17 Oktyabr 2017, 20:18
Tibb Universitetinin tələbəsini öldürən şəxslər tutuldu - 17 Oktyabr 2017, 19:31
Bu qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən alındı - 17 Oktyabr 2017, 19:22
Arif Qaraşov: "Maşını oğlum yox, sürücüm idarə edib, o da cəzasını alacaq" - 17 Oktyabr 2017, 19:02
Müşfiq Mədətovun bıçaqlanmasından əvvəl və sonra baş verənlərin pərdəarxası - 17 Oktyabr 2017, 19:00
Vüsalə Kərimova: “Tərbiyəsizlik əri yanında olarkən sevgilini də yanında gəzdirməkdir"- Video - 17 Oktyabr 2017, 18:49
Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq - 17 Oktyabr 2017, 18:01
“Stimul” klinikası haqqında şok iddia: "Palatalardakı kameralarla xəstələr izlənilir" (FOTOLAR) - 17 Oktyabr 2017, 17:59
Cəbhəyani bölgələrin məktəblərində vətənpərvərlik mövzusunda inşa musabiqəsi təşkil olundu - 17 Oktyabr 2017, 17:54
DÇ-2018: İtaliya - İsveç, Xorvatiya - Yunanıstan - 17 Oktyabr 2017, 17:48
Türkiyədə kömür mədəni çökdü: Ölənlər var - 17 Oktyabr 2017, 17:46
“Qarabağ” ispan futboluna yaxın oyun göstərir" – Dieqo Simeone - 17 Oktyabr 2017, 17:42
Masallıda qadın bədbəxt hadisə nəticəsində öldü - 17 Oktyabr 2017, 17:39
Piyadanı vuran “AA” seriyalı maşının sahibi bəlli oldu - Tanınmış məmurun oğludur - 17 Oktyabr 2017, 17:09
"Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli oldu - 17 Oktyabr 2017, 17:04
Nazir müxalifətin mitinqinə qatılan aktyorlardan danışdı: "Təəssüfləndirici haldır" - 17 Oktyabr 2017, 16:50
Sevgilisini qətlə yetirən Aygül: Dəhlizdə saçımdan tutub saxladı... - 17 Oktyabr 2017, 16:40
Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirilib - 17 Oktyabr 2017, 16:35
Sabiq icra başçısının oğlu vəfat etdi - 17 Oktyabr 2017, 16:25
FHN əsgəri özünü bıçaqladı - 17 Oktyabr 2017, 16:11
Azərbaycanda avtomobil yollarında təhlükə - Getdiyiniz yerdə sürüşə bilərsiniz - RƏSMİ - 17 Oktyabr 2017, 16:08
Vəzifəsindən azad olunan imam QMİ-nin əmrinə tabe olmur - 17 Oktyabr 2017, 15:56
Xızıda silah anbarındakı partlayışla bağlı AÇIQLAMA - 17 Oktyabr 2017, 15:56
Güzəştli mənzil satışı ilin sonuna kimi başlanıla bilər - 17 Oktyabr 2017, 15:25
"Xaricdən təklif olsa, pula baxmayıb gedəcəyəm" - Qara Qarayev - 17 Oktyabr 2017, 15:24
Sabiq deputatın oğlu DİN-i məhkəməyə verdi - 17 Oktyabr 2017, 15:06
"Bizim iki əsas problemimiz var, biri vergidir, digəri isə kinoteatrlar..." - Müsahibə - 17 Oktyabr 2017, 15:01
Azərbaycanlı kriminalın "oğru" adı özünə qaytarıldı - 17 Oktyabr 2017, 14:53
DİN-in mətbuat xidmətinin regional bölmələri fəaliyyətə başlayıb - 17 Oktyabr 2017, 14:51
“Marca” “Qarabağ”dan yazdı: “Evsiz çempion” - 17 Oktyabr 2017, 14:27
Qənirə Paşayeva “Ortadoğuda Türklüyün sıcak gündemi” adlı konfrans verib - 17 Oktyabr 2017, 14:12
Leyla Əliyeva müraciət etdi: Onlara kömək edək - 17 Oktyabr 2017, 14:06
Ana iki oğlunu sobada bişirib, öldürdü - 17 Oktyabr 2017, 14:01
"Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir" - 17 Oktyabr 2017, 13:38
"Bozbaş"ın "Qılman hoca"sı: "5 il kloun işləmişəm" - 17 Oktyabr 2017, 13:34
Deputat oğlunu özünə müavin təyin etdi - 17 Oktyabr 2017, 13:27
Bakıda intihar edən müəllimin - FOTOSU - 17 Oktyabr 2017, 13:20
Elarizlə Mehriban Xanlarova sevgili olub: "Ona vurulmuşdum" - 17 Oktyabr 2017, 13:16
"Azərbaycanın ən parlaq ulduzu" bu 3 məşhurdan biri olacaq - 17 Oktyabr 2017, 13:11
BNA “Qarabağ” -“Atletiko Madrid” oyunu ilə bağlı azarkeşlərə səsləndi - 17 Oktyabr 2017, 12:59
"Maşını" tərk edən iştirakçı: “Mübarizə apardıqca batırdım” - 17 Oktyabr 2017, 12:51
“Cinsi azlıq virusunu Azərbaycanda yaymaq istəyirlər” - Fazil Mustafa - 17 Oktyabr 2017, 12:50
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10