07:40 şənbə, 16 Fevral 2019
Maqazin

"Şou-biznes ucuz şora bənzəyir" - Əməkdar artist

20:14, 08.02.20197983
Əməkdar artist Rəşad İlyasov şou-biznesin hazırki vəziyyətindən gileylənib. 

AZXEBER.COM-un məlumatına görə, müğənni "Şou news" verilişində şou-biznesi tənqid edib:

"Mənə çox ucuz gəlir, həddindən artıq... Buradakı bəzi nüanslar şordan da ucuzdur. İstəyərdim ifaçıların rəqabəti konsertlər, mahnılar, layihələrlə olsun. Bir vaxt deyirdilər ki, ildə neçə konsert vermişəm. Bu daha yaxşıdır, nəinki məişət söhbətləri. Bəlkə insanlara maraqlı gələr, amma çox ucuzdur. 

Bir-iki sənət dostum mənə zəng etdi ki, gəl qalmaqal edək. Dedim, sənin işin-gücün yoxdur? Get dərsini de, toyunu oxu. Edə bilmərəm, istəmərəm də".
XƏBƏR LENTİ