BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

“Soyuq əllər, isti ürək” Yeni ilə hazırlaşır

“Soyuq əllər, isti ürək” Yeni ilə hazırlaşır
SOSİAL
18:27 06.11.2017
1202
Dekabrın 1-dən 2018-ci il yanvarın 15-dək "Nargis Found” Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək. 

AZXEBER.COM-un məlumatına görə, yarmarka şəhərdə Yeni il ab-havası yaradacaq.
 
"Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına təkcə paytaxtımızın sakinləri deyil, dünyanın müxtəlif guşələrindən Bakıya gələn qonaqlar da böyük maraq göstərirlər. Artıq beşincisi keçirilən yarmarkadan toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf olunacaq. 

"Nargis Fond” yarmarkanın sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanında qurulmuş kiçik taxta evciklərdən təşkil olunacaq. 

Qeyd edək ki, "Nargis” xeyriyyə fondu 2012-ci ildə Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə "Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib, aktiv fəaliyyətə 2013-cü ildən başlayıb.

OXŞAR XƏBƏRLƏR