Startaplarımız 10000 avro qazanmaq üçün mübarizəyə qoşulacaq

16 Avqust 2017, 12:47
AAA

 

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə reallaşan dünyanın ən geniş "cleantech” müsabiqəsi "ClimateLaunchpad"-ın final mərhələsi keçirilib. Azərbaycanın ilk dəfə qoşulduğu "ClimateLaunchpad” müsabiqəsində iştirak edən 13 startap komandası ölkə finalında qalib olmaq uğrunda mübarizə aparıb. Qalib 3 komanda ölkəmizi 17-18 oktyabr 2017-ci ildə Kiprin Limasol şəhərində keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar:

 

·        1-ci yer: Co2atalyser  (http://co2atalyser.com/)

·        2-ci yer: EMWAES

·        3-cü yer: Sh2ower (www.sh2ower.com)

 

"Audience Favorite Startup” – İzləyicilərin Favorit Startapı nominasiyası üzrə iki 14 yaşlı gəncin "Rainergy” adlı layihəsi qalib olub. Bundan əlavə, layihə çərçivəsində aylardır göstərdiyi əvəzsiz dəstəyə görə Leyla Tağızadə "Social Innovation Lab” tərəfindən "Woman Philanthropist of the Year Award 2017” mükafatı ilə təltif edilib.

Qeyd edək ki, may ayından etibarən Azərbaycandan seçilən 13 komandaya intensiv təlim proqramları təşkil edilib. Təlim proqramları "ClimateLaunchpad" mərkəzi komandasının üzvü, Hollandiyadan ölkəmizə proqram təşkilatçıları tərəfindən göndərilmiş startap və innovativ texnologiyalar sahəsi üzrə ekspert Hans Vesterhof və lokal təlimçilər tərəfindən keçirilib. Təlim zamanı iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrəniblər. İki günlük bootcamp bitdikdən sonra komandalar 14 həftəlik ölkədaxili koçinq sessiyalarına başlayıblar. Burada komandalar yerli ekspertlər tərəfindən ClimateLaunchpad-ın müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyərək, özlərini ölkə finalına hazırlayıblar.

Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Dünya finalında 1-ci yer 10000, 2-ci yer 5000 və 3-cü yer sahibləri 2500 avro pul mükafatı ilə təltif olunacaqlar. Bundan başqa, dünya finalında ilk 10 yeri tutan startap layihəsi kiçik ideyaların böyük biznesə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olunacaqlar. Akselerator proqramında hər bir layihəyə 3 mərhələdə 95,000 avro maliyyə dəstəyi verilir.

Bu ilin qalib ölkəsi növbəti il Grand Finale-a ev sahibliyi edəcək. İntensiv biznes məktəbi olan və təşəbbüskar insanların bir araya gəldiyi beynəlxalq  platforma "Climate-KIC” proqramı 2010-cu ildə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən yaradılıb. ClimateLaunchpad proqramın Azərbaycan üzrə rəsmi təşkilatçısı Social Innovation Lab, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı (qızıl sponsor), Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə keçirlilir. Layihəyə SUP Accelerator, Next Step İnnovasiya Mərkəzi, Global Startup Hub, Bakı Mühəndislik Universiteti Texnoparkı və Youth Inc Biznes İnkubasiya Mərkəzi də dəstək verir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz     
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir

 


Oxunma sayı : 179

SON XƏBƏRLƏR
Məşhur futbolçuya 9 il həbs verildi - 23 Noyabr 2017, 23:25
Azərbaycan sərhədi yaxınlığında deputatlar arasında atışma: Ölənlər var - 23 Noyabr 2017, 22:40
Bu rayonlarda çörəyin qiyməti ucuzlaşdı – VİDEO - 23 Noyabr 2017, 22:10
Ermənilər işğal edilmiş Qarabağda təlimlər keçiriblər - 23 Noyabr 2017, 21:53
Bakıda İran vətəndaşı döyüldü - 23 Noyabr 2017, 21:39
Bakıda qadınlar arasında dava - 23 Noyabr 2017, 21:10
İŞİD öz üzvlərinin başını kəsdi - 23 Noyabr 2017, 20:56
Bir ayda 278 azərbaycanlı Türkiyədə ev alıb - 23 Noyabr 2017, 20:35
İbrahimoviç Çempionlar Liqasının tarixinə düşdü - 23 Noyabr 2017, 20:12
Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb - 23 Noyabr 2017, 19:37
ABŞ-da yaşayan azərbaycanlı cüdoçu çempion oldu - 23 Noyabr 2017, 18:40
Xocalı soyqırımı haqqında sənədli film ABŞ-da film festivalında nümayiş etdirilib - 23 Noyabr 2017, 18:27
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub - 23 Noyabr 2017, 18:25
Azərbaycanda məmur ürəktutmadan öldü - 23 Noyabr 2017, 18:21
Əkizlərdən Röyaya zərbə: "Nigara Camala səs verin" - 23 Noyabr 2017, 18:03
"Zara" mağazasının sabiq əməkdaşlarının məhkəmə istintaqı başa çatıb - 23 Noyabr 2017, 17:48
Abdul Xalid dünyasını dəyişən doğması üçün oxudu - "Anam hardasan?" FOTO - VİDEO - 23 Noyabr 2017, 17:23
“173 manatla bir ay yaşamaq olarmı?” – Deputatdan hökumət üzvlərinə sərt sual - 23 Noyabr 2017, 17:22
İntiqam almaq üçün İstanbula gedən gömrük rəisi və ya Rövşənin qardaşı - 23 Noyabr 2017, 17:19
Millət vəkili qəzəbləndi:"Hakimin bacısını…" - 23 Noyabr 2017, 16:52
"Azərbaycanda buzova görə 100, yeni doğulan körpəyə görə 45 manat ödənilir" -Millət vəkili - 23 Noyabr 2017, 16:41
Kürd referendumuna dəstək verən azərbaycanlı məmur işdən çıxarıldı - 23 Noyabr 2017, 16:36
İraqın şimalındakı “referendum”u dəstəkləyən şöbə müdiri işdən çıxarıldı - 23 Noyabr 2017, 16:32
Azərbaycan UEFA-nın reytinqində - 23 Noyabr 2017, 16:13
Tovuzda 27 yaşlı qadın bit dərmanı içdi ki ölsün, amma... - 23 Noyabr 2017, 15:46
"Uşaq pulu bərpa edilsin" - Deputatdan təklif - 23 Noyabr 2017, 15:44
Bir manatlıq pullar dəmir olacaq - Azərbaycanda - 23 Noyabr 2017, 15:38
Prezident Ağacan Abiyevi təltif etdi - SƏRƏNCAM - 23 Noyabr 2017, 15:33
MTN generalları məhkəmədə ifadə verdi - 23 Noyabr 2017, 15:31
Dino Ndlovu: “Adamın çəkdiyi əziyyətə heyfi gəlir” - 23 Noyabr 2017, 15:26
Millimiz FİFA reytinqində yenə gerilədi: 117-ci yerdəyik - 23 Noyabr 2017, 15:23
Nazir müavinindən pensiyaçılara ŞAD XƏBƏR - 23 Noyabr 2017, 15:18
"Bu alimlər də evlə təmin olunacaq" - Akif Əlizadə - 23 Noyabr 2017, 15:10
Müğənnidən etiraf: "Ərim qatil olmasın deyə dalaşmıram" - 23 Noyabr 2017, 15:05
Tanınmış yazıçının şeir kitabı çıxdı - 23 Noyabr 2017, 14:46
Jurnalist Natiq Qədimov dəfn edildi – Foto - 23 Noyabr 2017, 14:37
Gerye: "Hakim bizi "öldürdü"" - 23 Noyabr 2017, 14:33
Simeone: ""Qarabağ"ın "Roma"dan xal alacağına inanmalıyıq" - 23 Noyabr 2017, 14:28
Azərbaycan prezidenti NATO-nun Şimali Atlantika Şurasının iclasında - FOTO - 23 Noyabr 2017, 14:21
"Qarabağ"ın futbolçusunun qırmızı "Posche"si - FOTOLAR - 23 Noyabr 2017, 14:13
Bakıda yüzminlik maşını cızıq-cızıq edib üstünə zibil atdılar - VİDEO - 23 Noyabr 2017, 13:40
“Siz Milli Məclisin binasına nə vaxt daxil olmusunuz?" - Oqtay Əsədov deputatın təklifinə sərt reaksiya - 23 Noyabr 2017, 13:37
“Deputatların ezamiyyət pulu, maaşı artırılsın” - Siyavuş Novruzov - 23 Noyabr 2017, 13:02
“Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı - RƏZİLLİK - 23 Noyabr 2017, 12:51
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq - 23 Noyabr 2017, 12:45
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10