09:18 çərşənbə, 19 Iyun 2019
SAĞLAMLIQ

Stiv Cobsun həkimindən 15 sağlamlıq - Qaydası

00:00, 11.01.20197676
Stiv Cobsun həkimindən 15 sağlamlıq - Qaydası
Devid Aqus "Silikon vadisi"nin əfsanəvi həkimidir. Onun ən məşhur pasiyenti olan "Apple" şirkətinin təsisçisi Stiv Cobs bu həkimin dediklərini etmədiyi üçün vaxtından tez dünyasını dəyişib.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, o uzun və sağlam həyatın sirrini bildiyini iddia edir.

49 yaşlı sağlam həyat mütəxəssisi Devid Aqus bunun sayəsində "Silikon vadisinin" ən məşhur həkiminə çevrilib.

Məşhur xəstəsinin 56 yaşında dünyasını dəyişməsində həkimin heç bir günahı olmayıb. Belə ki, o, Cobsu uzun müddət şişdən azad olmaq üçün əməliyyat olunmağa təkid edib. Lakin inadcıl xəstəsini yola gətirə bilməyib.
 
Hazırda Aqusdan məsləhətlər almaq üçün ona bir sıra pop-ulduzlar, siyasətçilər, iqtisadçılar müraciət edirlər.
 
ABŞ-da ən yaxşı həkim və sağlam həyat mütəxəssisi kimi tanınmış Devid Aqus bildirir ki, əgər uzun və sağlam bir ömür yaşamaq istəyirsinizsə, o zaman bir sıra qaydalara riayət etməlisiniz.

Medicina.az sizə həmin qaydaları təqdim edir:

1. Kofein qəbulunu qaydaya salın. Kofeini təbii ərzaqlardan: qəhvə və çaydan əldə edə bilərsiz. Amma buna baxmayaraq bu içkiləri gün ərzində 1-2 fincandan artıq qəbul etmək məsləhət deyil. Həmçinin də bu stimulyatordan tamamailə imtina etmək də zərərlidir. Çünki kofein az miqdarda sinir sistemi üçün faydalıdır.
 
2. Gülümsəyin. Hətta səbəbsiz gülümsəmə belə orqanizmdə endorfin və serotonin hormonlarının sintezinə səbəb olur. Bu maddələr stress zamanı beyin üçün "ağrıkəsici" hesab edilir.
 
3. Uzun müddətli məşqlərdən uzaq olun. İdman zalına həftədə bir neçə dəfə gedin. Gün ərzində 15 dəqiqə idman etmək daha yaxşı nəticə verir. Ən yaxşı məşq hərəkəti isə pilləkənlə yüksək mərtəbəyə qalxmaqdır. Əgər hündür mərtəbəli binada çalışırsınızsa ofisə pilləkənlə qalxmağınız sizə gün boyu kifayət edəcək.

4. Balıq günü. Həftədə heç olmasa 3 dəfə balıq yeməkləri yeyin. Ürəyin və beynin işini yaxşılaşdırmaq üçün qırmızı balıqlardan qızılbalıq, syomqa və ya foreli seçməyiniz məsləhətdir.

6. Şam yeməyi zamanı qırmızı şərab için. Bu sizi ürək-damar xəstəliklərindən qoruyacaq.

7. Həftədə bir neçə dəfə aspirin qəbul edin. Az dozada bu dərman vasitəsi insult və infarktdan qorunmaq üçün yaxşı təri göstərir. Sübut edilib ki, uşaq aspirinin mütəmadi qəbulu xərçəngə yoluxma riskini də azaldır.

8. Səhər yeməyini ötürməyin.  

9. Yaxşı gigiyena. Bu yalnız yuyunmaq və dişləri təmizləməkdən ibarət deyil. Geyiminizə, yatağınıza diqqət yetirin. Onlar ideal təmiz olmalıdırlar.

10. Dikdaban ayaqqabılara "yox" deyin və yalnız rahat ayaqqabıdan istifadə edin.

11. İt saxlayın. Onun sayəsində siz hər gün heç olsa 1-2 dəfə də olsa gəzməyə çıxacaqsınız.

12. Vitamin kompleksi və qida əlavələri qəbul etməyin. Ən yaxşı halda onlar zərərsizdirlər.

13. Təbii qidalarla qidalanın: kolbasa yox ət, konservləşmiş balıq yox təzə balıq, tərəvəzlər. Belə ki, ərzaqlar nə qədər az emal olunubsa bir o qədər faydalı hesab olunur.

14. Şirə içməyin. Gün ərzində 1 l şirə həddən artıq çoxdur. Hazır şirələri isə ümumiyyətlə istifadə etmək olmaz. Yaxşı olardı ki, meyvəni bütöv şəkildə qəbul edəsiniz.

15. Pozitiv olun. Bu həqiqətən də işə yarayır.
XƏBƏR LENTİ