04:57 Bazar Ertəsi, 26 Avqust 2019
DÜNYA

Suda boğulub öldülər - kreditə görə...

22:47, 17.07.20196860
Suda boğulub öldülər - kreditə görə...
Rusiyanın Perm vilayətində krediti ödəməyə tələsən ər-arvad həyatını itirib. Verxnyaya Staritsa qəsəbəsində yaşayan Aleksey İsayev və həyat yoldaşı çayda batıblar.
Qəsəbədə ödəniş terminalı olmadığından ər-arvad özünü Kama çayını rezin qayıqda keçərək Kasimovkaya çatdırmağa çalışıb. İsayevlər ailəsindəki yeganə övlad Olqa Lyudskaya iddia edir ki, bankdan həmişə krediti vaxtında ödəməyə tələsdirirlərmiş. Yol bərbad vəziyyətdə olduğundan, üstəlik, Kasimovkaya yol çayı keçməklə xeyli qısaldığından, onlar bu üsula əl atıblar.

Lyudskaya danışır ki, valideynləri son ödənişini etməliymiş. Yəni ər-arvad kreditdən canını qurtarmağa tələsirmiş.

Verxnyaya Staritsa qəsəbəsinin sakinləri, demək olar, hər gün özünü belə riskə atır. Yerli icra strukturları yolların qaydasına salınması üçün heç bir iş görmür.
///Unikal.org
XƏBƏR LENTİ