09:23 şənbə, 16 Dekabr 2017
MEDİA

"Süfrə başında dünyasını dəyişdi"

10:17, 23.11.201729842
Yaxın müddətdə ikinci dəfə ata olacaqdı...
 
Məşhur azərbaycanlı diktor, APA-nın əməkdaşı Nəsimi Nəbizadə həmkarı, ötən gecə həyatını itirən Natiq Qədimovla bağlı Facebook-dakı profildə belə yazıb.

"İşdən çıxıb, gəlib evə, zəng edib valideynlərinə, qardaşına... Deyib, gəlin bizə, qonaqlıq verirəm, həm də bir yerdə futbola baxaq, onlar da yığışıb gəlib. Natiq doğmaları ilə son dəfə görüşüb, onların gözü qarşısında, qəfildən, süfrə başında dünyasını dəyişib. Yaxın müddətdə ikinci dəfə ata olacaqdı", - N.Nəbizadə yazıb.

APA TV-nin əməkdaşı, tanınmış jurnalist Natiq Qədimov bu gecə 41 yaşında vəfat edib. Mərhumun ailəsindən bildirilib ki, o, infarktdan dünyasını dəyişib.
 
///Milli.Az
0
XƏBƏR LENTİ