Sumqayıt Dövlət Universitetində yeyinti aşkarlandı - RƏSMİ

17 İyul 2017, 16:27
AAA

 

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan APA-ya verilən məlumata görə, universitetin gəlirləri 2014-cü ildə 6 mln. 332,1 min manat, 2015-ci ildə 7 mln. 375,3 min manat, 2016-cı ildə 9,174 mln. manat, xərcləri müvafiq olaraq 5 mln. 690,3 min manat, 6 mln. 858,9 min manat və 8 mln. 418,7 min manat olub.

2016/2017-ci tədris ilində bakalavriat təhsil səviyyəsi üzrə Universitetin tələbə qəbulu planı 40 ixtisas üzrə 1865 nəfərə qarşı 1394 nəfər və ya 74,7% yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 100 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1294 nəfər təşkil edib. Tələbə qəbulu planı  Ekologiya mühəndisliyi" ixtisası üzrə 100% yerinə yetirilsə də "Riyaziyyat" ixtisası üzrə 23,3%, "İnformasiya texnologiyaları" ixtisası üzrə 10%, "Psixologiya" ixtisası üzrə 20% yerinə yetirilib, "Kimya", "Biologiya" və "Müsiqi müəllimliyi" ixtisasları üzrə isə tələbə qəbulu olmayıb.

Tələbə qəbulu planı 2014/2015 tədris ilində 36 ixtisas üzrə 1385 nəfərə qarşı 1242 nəfər və ya 89,7% yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 80 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1162 nəfər, 2015/2016 tədris ilində 41 ixtisas üzrə 1695 nəfərə qarşı 1348 nəfər və ya 79,5% yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 87 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1261 nəfər təşkil edib.

Magistratura təhsil səviyyəsi üzrə Universitetin tələbə qəbulu planı 2014/2015 tədris ilində 174 nəfərə qarşı 113 nəfər və ya 64,9% (dövlət sifarişi 30 nəfər, ödənişli təhsil üzrə 83 nəfər), 2015/2016-cı tədris ilində 213 nəfərə qarşı 108 nəfər və ya 50,7% (dövlət sifarişi 35 nəfər, ödənişli təhsil üzrə 73 nəfər), 2016/2017-ci tədris ilində 229 nəfərə qarşı 100 nəfər və ya 43,7% (dövlət sifarişi 18 nəfər, ödənişli təhsil üzrə 82 nəfər) yerinə yetirilib.
 
Auditlə əhatə olunan illərdə təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borcu kimi, müxtəlif səbəblərdən universitetdən xaric edilmiş, akademik məzuniyyətə gedən xarici və yerli tələbələr, doktorant və dissertantlar üzrə ödənilməmiş təhsil haqqı borcu debitor borc kimi uçota alınmayıb, təhsil haqqının düzgün müəyyən edilməməsi nəticəsində təhsil haqqı az alınıb, dövlət sifarişi ilə təhsil alan və tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən universitetdən xaric olunan tələbələrin təhsil haqqı üzrə ödənilmiş vəsait geri qaytarılmayaraq müxtəlif məqsədlərə istifadə edilib, akademik borca görə təkrar təhsilə cəlb olunmuş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi ilə təhsil alan tələbələrin 2014/2015-ci tədris ilində 60,2%-i, 2015/2016-cı tədris ilində 76,4%-i, 2016/2017-ci tədris ilinin payız semestrində isə 69,1%-i imtahanlarda aşağı nəticələr göstəriblər.
 
Malların (işlərin və xidmətlərin) satınalınması zamanı "Dövlət satınalmaları haqqında" qanunun, "Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat"ın və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının bəzi tələblərinə əməl edilməyib, bəzi hallarda malların (işlərin və xidmətlərin) satınalma məbləği ayrı-ayrı müqavilələrə bölünərək icra edilib, həmçinin, satınalmalarda iştirak etmək məqsədilə satınalan təşkilata satın alınacaq malların siyahısı və şərtlər toplusunun əldə edilməsi məqsədilə şirkətlər tərəfindən ərizə ilə müraciət edilmədiyi halda onlara qiymət təklifləri təqdim edilib, malların alışını təsdiq edən qaimə-fakturanın yekun məbləğinin artıq göstərilməsi nəticəsində artıq vəsait ödənilib, malların ehtimal olunan qiymətləri düzgün müəyyən edilmədiyindən tenderdə qalib təşkilatın qiymət təklifləri bazar qiymətlərindən baha olub və nəticədə auditlə əhatə olunan dövrdə mal-materialların alınması üçün artıq xərcə yol verilib, bununla yanaşı tələbat olmadığı halda alınmış avadanlıqlar uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərcə yol verilib.

 

Təmir-tikinti işləri zamanı layihə-smeta sənədləri tərtib olunmayıb və təmir işlərinin ehtimal olunan qiymətinin təyin edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yanında Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət edilməyib, yerinə yetirilməmiş təmir işlərinə görə podratçıya vəsait ödənilib, "Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar"ın tələbləri gözlənilməyərək cari təmir xərclərinin normadan artıq hissəsi müvafiq əsas vəsaitlərin dəyərinə əlavə edilməyib, maliyyə hesabatları tərtib edilərkən "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat"ın bəzi tələbləri gözlənilməyib, təsərrüfat fəaliyyətinin nəticələri bəzi hallarda maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, həmçinin görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Təhsil Nazirliyinə və Sumqayıt Dövlət Universitetinə Kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb.

Auditin nəticələri üzrə Milli Məclisə məlumat göndərilib.


Oxunma sayı : 374

SON XƏBƏRLƏR
“Şəhid” sözünə “miz” artırmaqla o şəhid bizim olmur - 24 Oktyabr 2017, 13:26
Müəllimlərin pensiyaya çıxmaq yaş həddi ləğv olunur - Qanuna dəyişiklik - 24 Oktyabr 2017, 13:09
"Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar, amma..." - 24 Oktyabr 2017, 13:02
Azərbaycanda bu sahələr üzrə alimlərin hazırlanmasına ehtiyac var - Nazir açıqladı - 24 Oktyabr 2017, 13:00
Tiflisdə azərbaycanlı kriminal avtoritet saxlanıldı - VİDEO - 24 Oktyabr 2017, 12:42
Havanın temperaturu yüksələcək - 24 Oktyabr 2017, 12:40
Hacı Cavad məscidi nə vaxt istifadəyə veriləcək? - 24 Oktyabr 2017, 12:35
Qaraşovun oğlunun maşını piyadanı keçiddə belə vurdu - VİDEO - 24 Oktyabr 2017, 12:20
Qalmaqallı “Matilda” filmi Park Cinemanın Lazer zalında nümayiş olundu - 24 Oktyabr 2017, 12:13
Bakının bu ərazilərində su olmayacaq - 24 Oktyabr 2017, 11:58
Avtoritetlər xüsusi təyinatlı vaqondan belə qaçdı - Şok planın detalları - 24 Oktyabr 2017, 11:40
Hacıqabul sakinlərini qorxu içində saxlayan maskalı şəxslər tutuldu – FOTO - 24 Oktyabr 2017, 11:32
"Maşın şou"nun qalibi bəlli oldu - ÖZƏL - 24 Oktyabr 2017, 11:18
Məhbusların qaçmasına görə istintaqa cəlb edilən rəis generalın qohumudur - 24 Oktyabr 2017, 11:09
Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi - 24 Oktyabr 2017, 11:00
Azərbaycanda daha bir bank çökdü - FOTO - 24 Oktyabr 2017, 10:57
"Təzəpir"in yanında 360 yerlik avtomobil dayanacağı tikiləcək - 24 Oktyabr 2017, 10:43
Şəmkirdə polislər qəzaya düşdü: ölən və yaralılar var - 24 Oktyabr 2017, 10:30
Yevlaxda 2 uşaq atası özünü yandırdı - 24 Oktyabr 2017, 10:27
Ağstafada dəhşət — 3 uşaq atası özünü asdı - 24 Oktyabr 2017, 10:11
Toydan 3 gün sonra özünü asmaq istəmişdi... - 24 Oktyabr 2017, 10:01
Məhbusların qaçmasına görə tutulan vəzifəli şəxslərin ADLARI - 24 Oktyabr 2017, 09:44
Zemfira Topçubaşova vəfat edib - 24 Oktyabr 2017, 09:39
Ermənistanda Rusiyanın iki hərbçisi ölüb - VİDEO - 24 Oktyabr 2017, 09:31
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 103 dəfə - 24 Oktyabr 2017, 09:27
Bığlı və saqqallı "Mona Liza" rekord qiymətə satıldı - 24 Oktyabr 2017, 09:18
Bakıda avtobus özbaşınalığı - Video - 24 Oktyabr 2017, 09:10
Türkiyənin yuxarı dairələrində istefalar başladı - 23 Oktyabr 2017, 22:58
Bu qol ÇL-də həftənin ən yaxşısı seçildi - Video - 23 Oktyabr 2017, 22:11
“Çudo Peçka” cinayətilə bağlı — YENİ XƏBƏR - 23 Oktyabr 2017, 21:38
Tramp “Supermən” kostyumunda - Foto - 23 Oktyabr 2017, 21:10
Avropada fahişəliyin qanuni və qeyri-qanuni xəritəsi üzə çıxdı — SİYAHI - 23 Oktyabr 2017, 20:42
Vüsalə “Maşın”dan getdi - 23 Oktyabr 2017, 20:05
Dünyanın ən gombul uşağını siz də tanıyın - fotolar - 23 Oktyabr 2017, 19:54
Hicab geyimlərindən ibarət kolleksiya təqdim ediləcək - Azərbaycanda ilk - 23 Oktyabr 2017, 18:02
Növbəti günlərdə güclü geomaqnit həyəcanlanması gözlənilir – XƏBƏRDARLIQ - 23 Oktyabr 2017, 17:57
"Maşın"da ən çox səs bu duelin iştirakçılarına gəlib - AÇIQLAMA - 23 Oktyabr 2017, 17:57
“Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovub - 23 Oktyabr 2017, 17:38
Vüsalə: “Əxlaqsız, ikiüzlü və yaltaq...” - 23 Oktyabr 2017, 17:36
Dolların sabaha olan məzənnəsi açıqlandı - 23 Oktyabr 2017, 17:22
Fikrət Qocanın nəvəsi dindirildi - 23 Oktyabr 2017, 17:12
Azərbaycanlı kişi ginekoloqdan rekord qıran - VİDEO - 23 Oktyabr 2017, 16:56
Kriminal avtoritetlər qaçıb, yoxsa qaçırılıb ?- İddialara rəsmi cavab - 23 Oktyabr 2017, 16:51
"Orda burda demə ki, qızıma nəsə edirsən, sənə ehtiyacımız yoxdur" - Ayan qızının atasına səsləndi - VİDEO - 23 Oktyabr 2017, 16:51
"Talıba səs göndərən konkret pullu adamlar var" - İlkin Misgərli - 23 Oktyabr 2017, 16:44
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10